Malların alış aktı hansı formada tərtib olunmalıdır?

posted in: Xəbər | 0
birbank biznes

Nağdsız hesablaşmalar, Vergi qanunvericiliyinin pozulması, Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Vergi Məcəlləsinə son dəyişikliklə malların alış aktının hansı formada tərtib olunması ilə bağlı müəyyən təkmilləşdirmələr aparılıb. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda maliyyə sanksiyası tətbiq olunur.


Sadələşdirilmiş vergi ödəyicisinin dividendə görə vergi öhdəliyi


Məcəllənin 58.8-ci maddəsində “alış aktları”na yanaşma dəqiqləşdirilib. 1 yanvar 2022-ci ilə kimi kağız formada olan alış aktları malların mövcudluğunu sübut edən sənəd sayılırdı və alış aktının kağız formada təqdim olunmasına görə maliyyə sanksiyası tədbiq edilmirdi. Vergi Məcəlləsinə son dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən sonra kağız formada olan alış aktları malların mövcudluğunu sübut edən sənəd sayılmır.

Vergi Məcəlləsinin 71-2.1-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Burada maraq doğuran cəhət oldur ki, kağız formada tərtib edilən alış aktı 5 gün müddətində elektronlaşdırılmalıdır.

Mənbə: vergiler.az


İşçinin hansı gəlirləri icbari tibbi sığorta haqqına cəlb olunur?


Print Friendly, PDF & Email