Mədən vergisi ödəyicilərinin öhdəliyində dəyişiklik olunub

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyiciləri,Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2022-ci ilin yanvar ayından mədən vergisi yalnız dövlət büdcəsinə ödənilir və mədən vergisi ilə bağlı güzəşt tətbiq olunur. Mövzunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə şərh edir.

Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Məcəllənin 217.2 və 217.3-cü maddələrində isə göstərilib ki, mədən vergisi üzrə hesablanmış verginin məbləği və bəyannamə hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və bəyannamə verilməlidir. Yəni Vergi Məcəlləsinin 217-1-ci maddəsində nəzərdə tutulub ki, mədən vergisi ödəyicilərinin vergi ödənişi 2022-ci ildən ilin son bəyannaməsində (dekabr ayı) hesablayıb ödədikləri mədən vergisindən il ərzində həmin faydalı qazıntıların çıxarıldığı torpağa görə ödənilmiş verginin məbləği qədər azaldılacaq.

Misal: Müəssisənin dekabr ayında mədən vergisi öhdəliyi 15.000 manat təşkil edib. Müəssisə il ərzində 2.900 manat torpaq vergisi ödəyib. Bu halda həmin məbləğ mədən vergisindən çıxılır:

15.000 – 2.900 = 12.100 manat.

Baxdığımız misalda dövlət büdcəsinə ödəniləcək mədən vergisinin məbləği 12.100 manat təşkil edir.

Mənbə: vergiler.az


Bax: 


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *