Məşğulluq haqqında Qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

Xətalar Satınalmalar“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Məşğulluq haqqında Qanun)

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.21-ci maddədən “ən azı 3 (üç) ay əvvəl” sözləri çıxarılsın;

1.2. 25.6-cı maddədə “5 faizindən” sözləri “20 faizindən, lakin hər bir işəgötürən üzrə 10 sosial iş yerindən” sözləri ilə əvəz edilsin;

1.3. 25.7-ci maddədə “digər iş yerləri üzrə” sözləri “eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Mənbə: president.az

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Məşğulluq haqqında Qanun
Print Friendly, PDF & Email