Mühasib öz işinin səmərəliliyini necə artıra bilər? (1-ci hissə)

posted in: muhasibat | 0

Mühasib işinin səmərəliliyi


Hiyləgərlik etməyək – bəzən iş qrafikimizin yüklənməsinin səbəbkarı rəhbərlik və ya həmkarlarımız deyil, elə özümüzük. Öz intizamsızlığımız və fəaliyyətimizdə aydın alqoritmin olmaması, işlərin istənilən səviyyədə getməməsinin əsas səbəbidir. Əminik ki, o qədər də mürəkkəb olmayan tövsiyələrə əməl etməklə, bu problemi aradan qaldırmaq olar.


Fəaliyyətdə nizamsızlıq

Mühasib işi intellektual yük və daimi stresslə müşahidə olunan bir fəaliyyətdir. Müxtəlif proseslərə nəzarət etmək, dəyişikliklərə tez reaksiya vermək, rəqəmlərlə işləməkdə diqqətli olmaq zərurəti – bu və bir çox digər ünsürlər stresə qarşı müqavimət haqda düşünməyə və insanı öz işinə savadlı yanaşmağa məcbur edir. Qarşısına öz işində səmərəliliyi yüksəltmək məqsədi qoymuş və bundan ötrü müəyyən cəhdlərə hazır olan hər bir mühasibə sadə texniki menecment-idarə üsulları bu məsələdə kömək edə bilər.

Stol arxasında mühasibi təsəvvür edək: masası üzərində sənədlər yığını; kompüterin ekranında çoxsaylı rəngbərəng stikerlər; qovluqlar necə gəldi stolun üzərinə düzülüb, kompüterdə onlarla əlavələr açılıb.

Biznes hesabi

Bu kağız nəzarət alətlərindən necə baş çıxarmalı?

Time-menecmentdə ən səmərəli üsullardan biri  diqqət və məlumatların emalı prinsiplərinə həsr olunub. Bütövlükdə beynimizin hansı həcmdə informasiyanın öhdəsindən gələ biləcəyi və diqqətimizin nələrin üzərinə cəlb oluna biləcəyini başa düşmək, bizə fəaliyyətimizi düzgün qurmağa və günümüzü planlaşdırmağa imkan verir.


Diqqətin strukturu

İnsan diqqətinin üç əsas səviyyəsi var.

Birinci səviyyə – bu, “fokuslaşmış diqqətdir” və o, özündə yalnız bir elementi ehtiva edir. Məsələn, hesabat yazarkən, məhz, bu iş diqqət mərkəzindədir: mühasib diqqətli şəkildə ekrana baxır və tələsik çap edir. Maliyyə göstəricilərini hesablayaraq, o, kalkulyatorda rəqəmləri diqqətlə nəzərdən keçirir və onları sənədə köçürür. Əməkdaşın şüurlu şəkildə “burada və indi” cəmləşdirdiyi fokuslaşmış diqqəti, strukturun birinci səviyyəsinə aiddir.

İkinci səviyyə “şüur ərəfəsi diqqət” adlanır və 5-dən 9-a qədər obyekti əhatə edir. Kompüter arxasında işləyən uçot üzrə mütəxəssis kabinetdə əyləşən həmkarlarının səslərini, telefon zənglərini eşidir. Qarşısında word-də işlədiyi hesabatla yanaşı digər bir sənəd də açıqdır. Künc görmə qabiliyyəti ona stolun üzərindəki  sənədlər, stikerlər və telefonu da müşahidə etməyə imkan verir. İnsan diqqətini onlara cəmləməsə belə, bu obyektlər yaxınlıqda yerləşir və bir növ işinizi tamamlayır.

Üçüncü səviyyə – bu “şüuraltı diqqət” səviyyəsidir – o, özündə nəhayətsiz sayda obyektləri birləşdirir. Hansı ki, onları görmürsən. Amma həmin obyektlər də işinizə təsir edir: onlara, məsələn, ailə barədə fikirlər, aclıq duyğusu və bir çox başqa şeyləri aid etmək olar.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun