Mühasibat uçotunun inkişaf mərhələləri (12-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (12-ci hissə)

11-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Tədqiqatçılar güman edirlər ki, ikili mühasibatlıq XIII əsrdə meydana çıxıb. Belə ki, XIII əsrə kimi bundan ötrü obyektiv şərait olmayıb:

1) pullar çox nadir hal olub;

2) adi hesabdarlıq işçisinin psixologiyası konstruktiv olmayıb, o, həyatında və ya sənədlərdə gördüklərini yazıb;

3) mənfəət ən mühüm kateqoriya kimi lazımi dərəcədə tanınmamışdı, tacir maliyyə kateqoriyalarından daha çox istehlak əməliyyatlarını həyata keçirirdi;

4) pulun bütün funksiyalarından, yalnız ödəmə vasitələrinin funksiyası üstünlük təşkil edirdi. İqtisadi proseslərin uçotu pul əsasında deyil, təbii əsasda qurulmuşdu;

5) bir çox əsrlər boyu insanların psixologiyasında kəmiyyət deyil, keyfiyyət anlayışları üstünlük təşkil etmişdi.

Bəzi tədqiqatçılar hesab edirdilər ki, ikili qeydiyyat Avropanın iqtisadi cəhətdən böyüməsinə və kapitalist münasibətlərinin yaranmasına səbəb olmuşdu. Digərləri isə ikili qeydiyyatın yaranmasını kredit münasibətlərinin inkişafı ilə əlaqələndirirdi.

İkili qeydiyyat hesabların göndərilməsinə nəzarət etmək ehtiyacından kortəbii olaraq yaranmışdı. İqtisadi həyat amillərinin böyük əksəriyyəti həmişə ikili xarakter daşıyırdı: təchizatçıdan mallar daxil olurdu, həmin mallar satılırdı və s. Bu, məntiqi zərurətə, debet və kredit dövriyyələrini balanslaşdırmağa gətirib çıxaran prosedur üsulu idi.

İkili mühasibatlıq öz inkişafında beş mərhələdən keçib:

1) ikili qeydiyyat formal üsul kimi, qeydiyyat metodlarının təkamülünün nəticəsi olaraq ortaya çıxıb;

2) ikili qeydiyyata, təsərrüfat əməliyyatlarının qeydlərinin düzgünlüyünə avtomatik olaraq  nəzarət etməyə imkan verən bir texniki üsul kimi baxılırdı;

3) uçot vahid pul ölçüsündən istifadə etməklə, vahid tam və qapalı bir sistem idi;

4) sistemdə yalnız sahibinin hesablarının olmasını deyil, həm də maliyyə nəticələrinin uçotunu nəzərdə tutur;

5) uçot obyektlərinin inkişafı və genişlənməsi ilə əlaqəlidir.

Mövcudluğunu qoruyub saxlayan mühasibat prosedurunun niyə ikili mühasibatlıq adlandırılması ilə bağlı bir neçə izah mövcuddur:

1) qeydlərin iki növü – xronoloji və sistemli uçot qeydləri;

2) həyata keçirilməsinin iki səviyyəsi – analitik və sistemli uçot;

3) hesabların iki qrupu –maddi və şəxsi;

4) hər bir hesabda iki bərabər hüquqlu kəsik (debet və kredit);

5) hər bir təsərrüfat həyatı faktı bərabər məbləğdə iki dəfə qeydə alınır;

6) A – P = K tənliyi ilə əks olunan iki paralel uçot dövriliyi;

7) Hər bir informasiya axınının iki nöqtəsi var – giriş və çıxış;

8) Təsərrüfat həyatı faktında həmişə iki şəxs iştirak edir – bir şəxs verir, digəri isə alır;

9) İstənilən mühasibatlıq işi iki dəfə yerinə yetirilir – əvvəlcə faktlar qeydə alınır, sonra isə işin düzgünlüyü yoxlanılır;

10) Eyni qeyd iki dəfə qeydə alına bilər, əvvəlcə planlı olaraq, çonra isə uçot və ya faktiki şəkildə.

Beləliklə, ikili qeydiyyat üç elementar metodu təşkil edir: balans, hesablar və ikili qeydiyyat. Onlar harmoniya illüziyasını yaradırlar, bütün debet həmişə kreditlə uyğun gəlməlidir, aktiv isə həmişə passivə bərabər olmalıdır. Bunu həyat deyil, mühasibatlıq tələb edir və  bu, fəaliyyəti sadələşdirmək, onu idarə etmək üçün zəmin yaratmaqdan ötrü çox vacibdir.


13-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *