Mühasibat uçotunun inkişaf mərhələləri (18-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu – inkişaf mərhələləri (18-ci hissə)

17-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

mühasibat uçotu, vakansiya, Mühasib təcrübəçi, mühasibatlıq, Gələcəyin mühasibatlığı, mühasibatlıq, müasir texnologiyalar,Bestanın işində müəssisənin balansının təkcə vertikallar üzrə deyil, həm də horizontallar üzrə aydın bölgüsü müşahidə olunur.

Tədiqatçıların fikrinə görə, Bestanın xidmətləri uçot sisteminə onun formasından asılı olmayaraq baxmasındadır və əgər mühasiblərin böyük əksəriyyəti yeni formaların yaradılmasını elmdə tərəqqi kimi görürdülərsə, Besta isə qeyd formasını hesabdarlığın forması kimi müəyyənləşdirmişdi. Üç səbəbə görə onların ən yaxşı təsnifatı Bestaya məxsusdur:

  • registr növü;
  • qeydin xarakteri;
  • hesablarda qeydlərin yerinə yetirilməsi üsulu.

F. Bestanın şagirdlərini – V. Alfiyeri, K. Qidilya, A. Stabilini, D. Malyone – smetanın uçot ideyası cəlb edirdi. Belə ki, smeta müəyyən müddət ərzində təsərrüfatın aparılmasının ehtimal olunan nəticələrinin nə olacağını göstərirdi. F. Bestanın təlimlərinin təsiri altında E. Pizani özünün yaratdığı statmoqrafiya elmi əsasında bütün italyan məktəbinin ideyalarının sintezini həyata keçirməyə cəhd edib. Pizani iqtisadi prosesi bir mexanizmə bənzədirdi, ona görə mühasibatlıq üç növ əməliyyatı öyrənirdi: dinamik (mülkiyyət hesabları), statik (xalis mülkiyyət hesabı) və statik-dinamik. Zahirən statmoqrafiya loqismoqrafiyadan onunla fərqlənirdi ki, loqismoqrafiyada qeydiyyatın yerinə yetirildiyi günlər cədvəldə horizontal, qeydiyyatın aparıldığı hesablar isə vertikal üzrə yerləşirdi. Statmoqrafiyada isə əksinə qeydiyyatın aparıldığı hesablar horizontal üzrə, günlər isə vertikal üzrə yerləşir.

Pizaninin əsərlərini qiymətləndirən müasirləri onun sələflərinin təsiri altında olduğunu vurğulayırdılar və hesab edirdilər ki, mühasib mühəndis maşınları icad etdiyi kimi, obyektiv mövcud kateqoriyaları qeyd edir. Statmoqrafiyanın müasirlərə təsiri logismoqrafiyanın təsirindən daha zəif idi.

XX əsrin əvvəllərində italyan alimləri hesabdarlıqda üç elmi müəyyənləşdirdilər:

  • loqismologiya – mühasibat hesabları barədə elm;
  • statmologiya – mühasibat balansı barədə elm;
  • lemmalogiya – qalıqlar haqda elm.

Loqismologiya ənənəvi mühasibata daha yaxın idi. Statmologiya təsərrüfat fəaliyyətinin təhlilinə çevrildi. Lemmalogiya ehtiyatların idarə olunması üzrə təlimdə mürəkkəb riyazi aparatdan istifadə edərək anglo-sakson ölkələrində inkişaf etdirilirdi.

Baxışların rəngarəngliyinə baxmayaraq, italyan məktəbinə bir vahid, tam kimi baxıla bilər. Onun nümayəndələrini uçot elminin əsas kateqoriyalarının məqsədyönlü məzmunlu şərhi birləşdirir. Hətta hüquqi (Toksaniya) və iqtisadi (Venetsiya) istiqamətləri arasındakı fərqlər çox cüzidir. Həm toskaniyalılar, həm də venetsiyalılar uçota lombardiya məktəbi ruhunda idarəetmə vasitəsi kimi baxırdılar. Yalnız birincilər uçotun məqsədini insanların idarə olunması kimi təfsir edirdilər. İkincilər isə – təsərrüfat fəaliyyətində iştirak edən resurslar və dəyərlərin idrəediciləri kimi şərh edirdilər. Sonuncu halda, uçot, iqtisadi fəaliyyətə nəzarət elminə çevrildi.

İtalyanlar üçün mühasibatlığa bir yanaşma ilə xarakterik idi ki, bu da mənfəətin balans dəyərinin mühasibat uçotunun hüquqi təfsiri ilə tamamilə uyğun gələn vergi tutulan məbləğlə eyni olmalıdır.


19-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email