Mühasibat uçotunun inkişaf mərhələləri (22-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu – inkişaf mərhələləri (22-ci hissə)

21-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Gələcəyin mühasibatlığı, Mühasibin peşə etikası, mühasib keçmişdə, mühasib peşəsi, Mühasib keçmişdə, ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, MühasibatlıqLeote və Gilbo mühasibat uçotu üçün dəqiqliyi tanıyaraq, mənfəətin təxmini statistik uçotunu, uçotun operativliyini artırmağa imkan verən müxtəlif şərti əmsalların və digər sadələşdirmələrin istifadəsini təbliğ ediblər.

Kursel-Senelin başlıca xidməti xərclərin uçotu və kalkulyasiyası barədə doktrinanın, geniş və dar amortizasiya doktrinasının yaradılması olmuşdu. Maya dəyərinin strukturu birbaşa və dolayısı xərcləri ehtiva edirdi. Birbaşa olanlar hazır məhsulların çıxışı ilə mütənasib idi, dolayı olanlar isə əksinə tərs mütənasib idi. Kursel-Senel, belə bir təsnifatın mənasını ayrı-ayrı malların satış qiymətinin birbaşa xərclərdən ibarət olan maya dəyəri səviyyəsinə endirilməli olduğunu görürdü. Çünki digər malların qiymətlərində bəzi artımlar səbəbindən ümumi xərcləri kompensasiya etmək mümkün olacqdı. Ancaq mallar bu səviyyədən daha aşağı qiymətlərə satıla bilməzdi.

Fransada hesabdarlığın müxtəlif formalarının işlənməsinə böyük diqqət yetirilirdi. 1810-cu ildə İsler, maddələrin Yaddaş kitabından Əsas kitaba köçürülməsindən ibarət olan İsveçrə hesabdarlıq formasını təklif etdi. Köçürülmə texnikası təsərrüfat əməliyyatlarının aparılması üçün ayrıca vərəqlərin ayrılmasını nəzərdə tuturdu. Yekun isə Əsas kitaba qeyd edilirdi. J. Kviney hesabdarlığın xüsusi formasını təklif edirdi, jurnalda hər müxabirləşmədən sonra müxbir hesablarının saldosu çıxarılırdı. Jurnaldan əlavə Kviney Əsas kitabın aparılmasını da təklif edirdi. Onun davamçıları saldonun müntəzəm çıxarılması ideyasını vurğulayaraq xronoloji və sistematik yazıları birləşdirən bir kitabla kifayətlənməyi mümkün hesab edirdilər. Öz registrini o, Nəzarət Jurnalı adlandırırdı.

İtaliyada bu ideyaların təsiri altında P. Filippini büdcəçiliyin sadə hesablama formalarının öz variantını təklif etmişdi. İ.A. Jili mərkəzləşdirmə metodunu təklif etmişdir ki, bu ad altında isə təsərrüfat həyatı faktlarının yaranma yerləri üzrə analitik kitabların aparılması, mühasibatlıqda isə yalnız analitik uçotun məcmu qeydlərinin yerinə yetirilməsi başa düşülürdü. Bir çox mühasiblər hesabdarlığın unifikasiyasına tərəfdar idilər. Lakin təcrübə hesabdarlığın vahid formasının yaradılmasının absurdluğunu göstərdi. Çünki hətta bir müəssisədə təmiz formada hər hansı bir formanın tətbiq edilməsi mümkün deyildi.

Beləliklə, 19-cu əsrdə Fransada iqtisadi istiqamətdə mühasibat nəzəriyyəsi yaradıldı. Lakin mühasibat düşüncəsinin bütün uğurları və ikili qeydiyyatın yayılması ilə sadə mühasibat hələ də geniş şəkildə təmsil olunurdu. Mühasiblər, tərəflərin peşə və öhdəliklərinin hüquqi tərifini ehtiva edən bir mühasibat məcəlləsini yaratmağa cəhd edirdilər. Fransız müəlliflərinin mühasibat uçotunun sadə və ikili formaları ilə bağlı kritik işləri mühasibat düşüncəsinin inkişafına öz töhfəsini verdi.

XX əsrdə Fransada mühasibat uçotu

XX əsrin əvvəllərində Fransa mühasibləri hüquqi istiqamətin təsir altında idilər. Lakin bu, uzun sürmədi və nəzarətin mühasibatın başlıca funksiyası kimi tanınması ilə bağlı idi.  Bu istiqamətin əsas ifadəçiləri kimi A. Lefevr, L. Batardon, Q. For, A. Bomon, R. Lefor, P. Qarnye və digərləri idilər.

Hüquqi istiqamətin ən böyük nümayəndəsi P. Qarnye olub və o, nəzəri prinsiplərin mühasibat faktının anlayışından köçürülməsinə başlayıb; bütün faktları o, bunlara bölürdü:

1) hüquqi – müqavilə-təchizatlar, alqı-satqılar, podrat və icarə;

2) qiymət, tariflərin iqtisadi dəyişiklikləri;

3) maddi – təbii fəlakətlər, oğurluqlar, əsas vəsaitlərin aşınması ilə bağlı itkilər.

P. Qarnye ümumi xüsusiyyətlərə uyğun olaraq faktların təsnifləşdirilməsi metodologiyasını işləyib hazırlamış və onlardan bütün zəruri məlumatları əldə etmək üçün onları dəyişdirmişdi. Beləliklə, Qarnye uçotun idarəetmə traktovkasını fransız müəllifləri üçün ənənəvi olan təsəvvürlərlə sistemləşdirməyə çalışırdı.


23-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email