Mühasibat uçotunun məqsədi

posted in: Xəbər | 0

Luka Paçoli uçotun məqsədləri haqqında

Mühasibat uçotunun aparılması hüquqi və sahibkarlıqla məşğul olan şəxslər üçün məcburidir. Belə olan halda, belə bir sual yaranır: “Bu məcburiyyət nə üçün lazımdır, ümumiyyətlə, mühasibat uçotunun məqsədi nədir?” Bəzən sahibkar, həm də təkcə sahibkarlar yox, elə yeni başlayan mühasiblər də belə güman edir ki, uçot vergi qurumlarına hesabat vermək üçün lazımdır və bu məqsədlə aparılır. Bu gümanda yalnız həqiqətin bir damlası var. Məsələyə daha geniş aspektdə baxmaq lazımdır.

Mühasibatın atası Luka Paçoli hüquqi sayılan Hələ XV əsrdə düzgün ticarət aparmağın üç əsas şərtini sadalayaraq qeyd edirdi ki, “işi elə qurmalıdır ki, gecikmədən borclar, əmlak və öhdəlikləri barədə məlumat ala bilsin” (Mənbə: Cəmil Əsədov “Əməliyyatçı – mühasib”,  Peşə təhsili müəssisələri üçün dərslik, Bakı-2021, səh, 342).

Paçolidən daha çox əvvəl isə Aristotel pulu biznesin “damarlardan axan qanı” adlandırırdı. Təbii ki, istənilən axın nəzarətdə saxlanılmalı və idarə olunmalıdır.  Məhz bu mühasibatlığın və mühasibin fəaliyyətini zəruri edir.

Paçoli “sahibkarın (tacir, istehsalçı, xidmət göstərən və s.) öz işlərinin mövcud vəziyyəti barədə məlumat əldə etmə və fəaliyyətin maliyyə nəticəsini hesablama istəyini uçot qeydlərinin aparılmasının başlıca məqsədi” kimi qeyd etmişdir.

Bu müasir dövrdə də öz qüvvəsində qalır, sadəcə uçot qeydləri məlumatlarda maraqlı olan şəxslərin əhatə dairəsi genişlənib.

Mühasibat uçotunun məqsədi 

Qanunvericiliyə görə “Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.”

Bu tərifə əsaslanıb deyə bilərik ki, mühasibat uçotunun məqsədi daxili və xarici məlumat istifadəçilərini uçot subyektlərinin təsərrüfat və maliyyə fəaliyyəti haqqında bütün zəruri məlumatlarla təmin etməkdir. Bu məqsədlə hazırlanan ən vacib məlumat icmallarından biri uçot subyektinin müəyyən tarixə sahib olduğu resurs və borclarını əks etdirən maliyyə vəziyyəti haqqında hesabatdır. Onun əsas elementləri aşağıdakılardır:

Aktiv – müəssisənin sahib olduğu, nəzarət etdiyi və mülkiyyətçisinin gələcəkdə iqtisadi mənfəət gözlədiyi hər şey, məsələn pul vəsaitləri, nəqliyyat vasitələri, binalar, mebel və mal- material ehtiyatları (satış üçün alınmış mallar, xammallar, hazır məhsul və s.) və s. buraya aiddir;

Öhdəlikmüəssisənin digər tərəflər qarşısındakı bütün öhdəlikləri, məsələn, təchizatçılar üzrə borclar və bank xidmətləri bu sıradandır;

Kapital – müəssisənin sahibkarlar, yaxud səhmdarlar qarşısında bütün öhdəlikləridir.

Sahibkarlar tərəfindən qoyulmuş ilkin kapital, habelə mənfəət də buraya daxildir.

Səhmdar cəmiyyətlərdə uçot zamanı səhmdar kapital anlayışına tez-tez istifadə olunur. Səhmdar kapitaldan kapitala sinonim kimi istifadə edilə bilər.

Bunu nəzərə alıb kapitalı öhdəliklər çıxdıqdan sonra uçot subyektlərinin aktivlərində sahibkarın (yaxud səhmdarların) qalıq payı kimi xarakterizə edə bilərik (Kapital = Cəmi aktivlər – Cəm öhdəliklər).

kapitalı öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivlərində sahibkarın (yaxud səhmdarların) qalıq payı kimi xarakterizə edə bilərik (Kapital = Cəmi aktivlər – Cəm öhdəliklər).

 

Uçot subyektinin fəaliyyətinin maliyyə nəticəsi mənfəət, yaxud zərər haqqında məlumatlar əsasında qiymətləndirilir.

Mühasibat uçotunun vəzifələri

Mühasibat uçotunun məqsədi onun əsas vəzifələrini müəyyən edir. Bunlar aşağıdakılardır:

  • maliyyə, bank, vergi orqanları, investorlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilat və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək məqsədi ilə maliyyə-təsərrüfat fəaliyyəti haqqında etibarlı və sənədləşdirilmiş məlumatları toplamaq və onların əsasında hesabatlar hazırlamaq;
  • cari nəticələrə nəzarət etmək, gələcək göstəriciləri proqnozlaşdırmaq;
  • uçot subyektinin maliyyə stabilliyini, zərərlə deyil, mənfəətlə işləməsini təmin etmək məqsədi ilə ehtiyatlar tapmaq;
  • təsərrüfat fəaliyyətinin qanun çərçivəsində olunmasına nəzarət etmək, əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara müvafiq istifadəsini təmin etmək.

Həmçinin, şirkətin maddi, əmək və maliyyə resurslarından istifadəyə, debitor və kreditor borclarına, əmlakının mövcudluğuna və hərəkətinə nəzarət də mühasibat uçotunun məqsədindən irəli gələn əsas vəzifələrdir.

Daşınmaz əmlakın təqdim edilməsi: sadələşdirilmiş vergi dərəcəsi