Mühasibat uçotu orta əsrlər dövründə (I hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu orta əsrlər dövründə (I hissə)

inventarlaşdırma,Mühasibat uçotu,Antik dünya əzablar içində ölürdü. Yazıçı Zamyatinin sözlərinə görə, “bütün Avropada bir narahatlıq var idi, bu havanın özündə də var idi, hamı onunla nəfəs alırdı. Hamı müharibələr, üsyanlar, fəlakətlər gözləyirdi. Heç kim yeni müəssisələrə pul yatırmaq istəmirdi. İşsizlər kütləsi küçələrdə dolaşır və çörək tələb edirdilər. Çörək hər gün bahalaşırdı, pullar isə gündəlik olaraq dəyərdən düşürdü”.

O vaxt heç kim bilmirdi ki, eyni zamanda yeni bir dünya, orta əsrlər doğulurdu. Məhz, o, müasir mühasibatlıq toxumlarını səpməyə başlamışdı.

Uçotun formalaşması inventarlaşdırmanın müxtəlif növlərindən inkişaf etməyə başlamışdı. Klassik inventarlaşdırmanın nümunəsi VIII əsrin sonu, IX əsrin əvvəlləri ilə əlaqədar olan Böyük Karlın kapitulyarilərini hesab etmək olardı. Onda mülk müdirlərinin kənd təsərrüfatı qeydlərini necə aparacağına dair təlimat var idi.  Digər göstərişlərlə yanaşı kapitulyaridə  ildə bir dəfə, Yeni il ərəfəsində gəlirlər barədə hesabat vermək, mülkiyyətçiyə pulların verilməsi qaydaları, xərclərin iki növ üzrə uçotunun aparılması: sahibkarın xərcləri və təsərrüfatın xərcləri barədə göstərişlər var idi.

Orada həmçinin xüsusi olaraq qeyd edilmişdi ki, qalıqlar ayrıca siyahıda qeydə alınmalıdır və onların hesablanması dəyərlərin növləri üzrə həyata keçirilməlidir. Bir maraqlı detal diqqəti cəlb edir: məsrəflərlə bağlı əməliyyatları bir adam, gəlirləri ikinci bir şəxs, qalıqların çıxarılmasını isə üçüncü adam yerinə yetirirdi. Bu o zamanların tipik nəzarət üsulu idi. Mülkiyyətçidən başqa heç kim (və çox vaxt elə üçüncü şəxs, məhz mülkiyyətçinin özü olurdu) işlərin həqiqi vəziyyətini bilməməli idi.

Orta əsrlərdə satıcı və alıcılar arasında münasibət, üzərində müvafiq ödəniş ölçüsünə uyğun kəsik olan birka – lövhəcik vasitəsilə qurulurdu. Sonra həmin birka tən ortadan bölünür və bir parçası satanda (“mədaxil orderi”), ikinci payı isə ödəniş edərək alanda (“qəbz”) qalırdı. Birka parçalarını yanbayan qoymaqla qeydin düzgünlüyünə əmin olmaq mümkün idi. Əgər kəsiklər uyğun gəlirdisə, deməli, qeyd həqiqi idi. Birkalar “veksellər”, “çeklər” kimi sərbəst dövriyyədə idi və nağd pulları əvəz edirdi. Elə də olurdu ki, birkanın bir yarısının sahibi özündən əlavə kəsik cızmağa meyillənirdi, lakin, bunun üstü çox tez açılırdı.

Birka uçotu uzun müddət müxtəlif ölkələrdə geniş yayılmışdı. Məsələn, İngiltərədə o, XIX əsrin əvvəllərinə kimi mövcud olmuşdu.

XIII ərdə Qərbi Avropada kassa əməliyyatlarının maraqlı uçot sistemi meydana gəlmişdi. Məsələn, Roma papası III Nikolayın (XIII əsr) xəzinədarlığının kassa kitabını nümunə gətirək. Onun ilk yarısında gəlirlər, qalan yarısında isə xərclərin uçotu aparılırdı. XV-XVI əsrlərdə papa xəzinədarlarının kassa kitabları pul uçotu sistemi ilə bağlı təsəvür yaradır. Hər bir mədaxil qeydində müddət, sözlə və rəqəmlə yazılmış məbləğ, ödənişin əsası və pulun kimdən gəldiyi göstərilirdi.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email