fbpx

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (8-ci hissə)

birbank biznes

                       Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (8-ci hissə) mühasibatlıq

7-ci hissəni oxumaq üçün keçidə daxil olun.

vakansiya,mühasib,

Hesabdarlığın başlanğıcını bizdən əsrlərin dərinliyi gizlədir. İbtidai insanın onun sadə təsərrüfatını təşkil edən əşyaları necə hesabladığı bizə məlum deyil. Bununla bağlı bizə heç bir abidə gəlib çatmayıb.

D.A. Xmelnitskiy

Uçotun inkişaf etmiş sisteminin ilk izlərini biz Nil, Dəclə və Fərat çayları vadilərində tapırıq.

Y.V. Sokolov

Mühasibatlıq yunanlara hələ miladdan əvvəl məlum idi.

O.O. Bauer

Hesabdarlıqla məşğul olan şəxslər arasında hesablama sənətinin nə qədər qədim olması ilə bağlı təsəvvürə malik olanlar çox azdır.

A.M. Galagan

Hələ də müəyyən adamlar vardır ki, mühasibatlığı qədimliyi üzündən tərifləyib göylərə qaldırmağa və mühasibat ilə təbii elmlər arasında xoşagəlməz müqayisə aparmağa cəsarət edirlər. Onlar tibb, biologiya və kimyanın hələ də fantastik xurafatlarla dolu bir vəziyyətdə olduğu dövrdə, mühasibatlığın əsas müddəalarının artıq o zaman olduqca inkişaf etmiş olması ilə qürurlanırdılar.

G.R. Gatfeld

Hesabdarlıq – qoy bizi mübaliğədə ittiham etməsinlər – bəşəriyyətin ibtidai dövrünün müasiri idi. Hətta daha da irəli gedə və söylyə bilərik ki, onsuz insan cəmiyyəti və hətta ailə belə yarana bilməzdi.

E. Leote

Uçot ən qədim dövrdə yaranmış və insanların fəaliyyətinin inkişafına uyğun və buna müvafiq olaraq inkişaf etmişdi.

İ. Seslavinskiy

Mühasibat düşüncəsinin tarixi mühasibat uçotunun inkişafı prosesinin mövcudluğu ilə deyil, mahiyyət ilə məşğul olur.

Y.V. Sokolov

İnsan ruhunun ən dərinliyindən gələn ilk ideya iqtisadi ideyadır. O, insanla birlikdə doğulur, onunla böyüyür və yalnız məzar çuxurunda onu tərk edir. İnsanın ana təbiət qarşısında qoyduğu ehtiyaclar, müqavimət göstərmək və ondan imtina etmək ehtiyacı bu əbədi ideyanın səbəb və stimuludur.

Bonalumi


9-cu hissəni oxumaq üçün keçidə daxil olun.


Print Friendly, PDF & Email
error: Content is protected !!