Nələr lazımdır? Haradan başlamalı?
Bir çox tələbənin gələcək arzusunda məhz xaricdə təhsil almaq ilk sıralarda olur. Əgər mühasibatlıq ixtisasını xaricdə davam etdirmək arzusundasınızsa, bu məlumatlar işinizi rahatlaşdıracaq.
Əvvəlcə baxaq ki, mühasibatlıq ixtisası üzrə nə üçün xaricdə təhsil almalısınız?
- Xaricdə yaşamağın ən üstün cəhəti büdcəni idarə etməli olduğunuzu öyrənməkdir. Oxuduğunuz ixtisasın ilkin praktikasını öz büdcəniz üzərində yoxlamaq əla olar, elə deyil?
- Mühasibatlığa fərqli baxış bucağı qazanacaqsınız. Xarici təcrübələr, mənbələr, işinizi spesifikləşdirmək üçün ən yaxşı fürsətdir.
- Qərarvermə, idarəetmə bacarığınız artacaq. Artıq seçim qarşısında olan zaman, prosesi özünüz idarə etməyə başlayacaqsınız.
- Yeni mədəniyyət, fərqli insanlarla tanış olacağınıza görə, kommunikasiya bacarıqlarınız genişlənəcək. Bu isə karyeranız üçün üstünlükdür.
- Karyera mövzusuna toxunuruqsa, əlbəttə ki, təhsildən sonra bilikləriniz karyeranızda qısa zamanda yüksəliş üçün imkan yaradacaq.
Bəs bu təhsili qazanmaq üçün sizə hansı sənədlər lazım olacaq?
- Mühasibatlıq ixtisası üzrə bakalavr diplomu.
- Transkript
- Ümumi Orta Müvəffəqiyyət Göstəriciniz (ÜOMG) / GPA – Əsasən, 3.0/4.0 (83-86/100) tələb olunur.
- Dil sertifikatı- IELTS (min. 6.5-7.5) və ya TOEFL 79 (on the Internet based test (IBT)
- GMAT/GRE- bəzi ölkələrdə tələb olunur, bəzilərində isə yox. Hətta eyni ölkənin bir universitetində tələb oluna, digərində olunmaya bilər.
- İxtisas üzrə təcrübə – Doğru kimi bilinən yanlışlardan biri də odur ki, tələbələr çox vaxt sadəcə yüksək ÜOMG və dil sertifikatı ilə qəbul alacağını düşünür. Lakin elə deyil, öz ixtisasınız üzrə iş təcrübəsi, müəyyən kurs sertifikatları, həmçinin sosial aktivliyi sübut edən könüllülük də tələb olunur.
Mühasibatlıq üzrə xaricdə təhsil araşdırması edərkən axtarmalı olduğunuz ixtisaslar isə aşağıdakılardır:
- Professional Accounting – Peşəkar Mühasibatlıq
- Accounting science – Mühasibat uçotu elmi
- Finance\Accounting – Maliyyə/ Mühasibat
- Accounting – Mühasibat uçotu
- Business Administration -Biznesin idarə edilməsi
- Accounting with Emphasis in Data and Analytics – Məlumat və analitikada mühasibat uçotu
- Finance – Maliyyə
- Tax -Vergi.
Sənədləri topladıqdan sonra mühasibatlıq təhsilini ən yaxşı hansı ölkələrdə ala bilərsiniz?
- Top universitetlərin və dünya bankının yerləşdiyi ABŞ;
- Dünyanın ən qədim mərkəzi bankının yerləşdiyi İsveç;
- Münasib təhsil haqqı ilə keyfiyyətli təhsil imkanı yaradan Çexiya və Litva;
- Qərbi Avropanın ən prestijli ölkələri sırasına daxil olan Avstriya, Niderland, Norveç və s.
Əlbəttə ki, bu siyahını genişləndirərək, 20 ölkədən 150-ə yaxın universiteti təklif etmək olar. Prosesdə göstəricilərinizi yaxşılaşdıraraq, doğru analiz etmək və planlayaraq ona uyğun addımlamaq vacibdir. Bu addımları güvənli və doğru şəkildə irəliləmək üçün Aloha World sizin yol yoldaşınız olacaq. Aloha World öz peşəkar komandası, sistemliliyi və tələbəyə individual yanaşması ilə artıq onlarla tələbənin xaricdə təhsil xəyalını reallaşdırıb.
Sən də öz təhsil xəyalını gerçəkləşdirmək üçün vaxt itirmə, elə indi addım at, dünyaya Aloha World ilə salam ver!
Əlaqə üçün: +994 77 739 14 24
Həmçinin, şirkətin instaqram səhifəsinə keçid edərək, suallarınızı ünvanlaya bilərsiniz.