Mühasiblərin cinayət məsuliyyətinə cəlb edilməsi

posted in: Xəbər | 0
birbank biznes

Cinayət məsuliyyətinə mühasiblər adətən AR Cinayət Məcəlləsinin iki maddəsinə görə cəlb edilir:

Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma

209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma- min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:

209.2.1. təkrar törədildikdə;

209.2.2. külli miqdarda törədildikdə- iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə “xeyli miqdar” dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, “külli miqdar” dedikdə, dörd min manatdan yuxarı olan məbləq başa düşülür.

2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. (1, 45)

Maddə 213. Vergi ödəməkdən yayınma

213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213.2. Eyni əməllər:

213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

213.2.2. külli miqdarda törədildikdə –

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə “xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

2. Bu məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. (1, 2, 4, 31, 35, 45)

Print Friendly, PDF & Email