Mülki Məcəllədə Mühasibat uçotu ilə bağlı maddələrdə bəzi dəyişikliklər edilib
Azərbaycan Respublikası Prezidentinin 24.05.2019-cu il tarixli Sərəncamları ilə Mülki Məcəlləsində aşağıdakı dəyişikliklər edilmişdir:
1.1. 90.5-ci maddənin ikinci cümləsində “mühasibat hesabatının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin;
1.2. 91.3.3-cü, 91.3.5-ci və 111.3.4-cü maddələrdə “mühasibat balanslarını” sözləri “maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin;
1.3. 91.4-cü maddənin birinci cümləsinə “cəmiyyət” sözündən sonra “(mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddənin birinci və ikinci cümlələrində “hesabatının” sözü “hesabatlarının” sözü ilə əvəz edilsin;
1.4. 99.2-ci maddədə “mühasibat balansını” sözləri “maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
1.5. 106.1.3.2-ci maddədə və 112.1-ci maddənin üçüncü cümləsində “mühasibat balansı” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin;
1.6. 107.1.4-cü maddədə “mühasibat balanslarını, mənfəət və zərər hesablarını” sözləri “maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin;
1.7. 107.6-cı maddənin birinci cümləsində “hesabatının” sözü “hesabatlarının” sözü ilə əvəz edilsin.
Mənbə: president.az
Bax:
-
“Sığorta fəaliyyəti haqqında” Qanuna mühasibat uçotu ilə bağlı bəzi dəyişikliklər edilib
-
Bu sahələrdə çalışan Baş mühasiblər üçün Sərəncam imzalanıb
-
Vergi Məcəlləsində Mühasibat uçotu ilə bağlı maddələrdə bəzi dəyişikliklər edilib