Nağdlaşdırmaya görə ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması

Bəzi hallarda sadələşdirilmiş vergi ödəmə mənbəyində tutulur. Bu hallar aşağıdakılardır:

  • fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi;
  • hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesabındakı vəsaitin nağdlaşdırılması.

Birinci hal vergi ödəyicisini vergi uçotuna durmaq zərurətindən azad edir. Digər hal isə vergi uçotuna durmuş şəxslərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əməliyyatlara aid edilir. Onu da qeyd edək ki, sonuncu halda sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması mənfəət vergisi ödəyiciləri olan hüquqi şəxslərin, habelə fərdi sahibkarların bank hesablarından pul vəsaitini nağdlaşdırdığı hallarda da tətbiq edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, fərdi sahibkarın sahibkarlıq fəaliyyətinə aid olmayan hesabından yaxud şəxsi debet kartından vəsaiti çıxaran zaman ödəmə mənbəyində vergi tutulmur.

Nağdılaşdırmaya zamanı ödəmə mənbəyində vergi tutulması

Hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bank hesablarındakı pul vəsaitlərini nağdılaşdıran zaman yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filiali və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində vergi tutulması hallarını iqtisadçı ekspert Anar Bayramov şərh edir (mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı / vergiler.az)

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu maddə ilə bağlı diqqət yetiriləsi məqamlar aşağıdakılardır:

Biznes hesabi
  1. Bu tələb sırf vergi ödəyicilərinə aid olduğundan vətəndaşlardan nağdlaşdırmaya görə vergi tutulmur. Məsələn, tutaq ki, “AA” MMC işçinin əməkhaqqı kartına 500 manat köçürüb, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Bundan əlavə, vətəndaşın bank hesabına pul köçürülərkən həmin vəsatin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdirilmiş vergi hesablanmır.
  2. Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb.

Yəni istər kənd təsərrüfatı ilə, istərsə də ixrac və ya istehsal fəaliyyəti də məşğul olsun, vergi ödəyicisi bank hesabından nağd pul çıxardıqda 1 faiz sadələşdirilmiş vergi ödəməlidir. Eyni hal bank hesabından çıxarılan nağd pulun təyinatı ilə də bağlıdır. Əməkhaqqı və ya təsərrüfat fəaliyyəti ilə bağlı bank hesabından nağd pul çıxarılmasına görə bütün hallarda 1 faiz vergi tutulur.

  • Bələdiyyələr bank hesabından vəsait çıxaran zaman 1 faiz sadələşdirilmiş vergi tutulmur. Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir.

Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edənlər də bank hesabından vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəməməlidirlər.

  • Vergi ödəyicisi bank hesablarından nağdlaşdırmaya görə ödədiyi 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi xərcini gəlirdən çıxılan xərclərə aid etməlidir.

Yəni gəlir və ya mənfəət vergisi ödəyici müvafiq bəyannamə və cari vergi arayışlarında bu məbləği xərc kimi qeyd edə bilər.

Beləliklə…

Hüquqi şəxslər və fərdi sahibkarlar pul vəsaitlərini bankdan nağd formada alarkən, bank ödəmə mənbəyində 1 % dərəcə ilə ödəmə mənbəyində vergi tutur.

Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulmasının bu qaydada tutulması 01.01.2017-ci ildən tətbiq edilir. Tətbiqinin ilkin mərhələsində bu müəyyən narazılıqlar yaratdı. Hazırda vergi ödəyiciləri buna adət edib.

Əmək kitabçalarının işçilərə qaytarılması ilə bağlı vacib məqamlar