“Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi”nə dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Nəzarət-kassa aparatlarıAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 466
Bakı şəhəri, 26 oktyabr 2018-ci il
“ Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert
komissiyasının yaradılması haqqında ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrəli qərarında dəyişiklik edilməsi barədə


Bax: İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 625; 2006, № 4, maddə 382; 2009, № 7, maddə 610; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955; 2017, № 3, maddə 512; 2018, № 8, maddə 1817) 1-ci hissəsi ilə təsdiq edilmiş “Nəzarətkassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi”nin beşinci abzasında “vergi öhdəliklərinin icrasına nəzarət” sözləri “Rəqəmsal vergi inzibatçılığı” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                             Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email