fbpx

Normadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?

posted in: Vergi, Xəbər | 0

Normadan artıq ezamiyyə xərciNormadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?

Sual: Müəssisə işçisini Bakıya ezamiyyəyə göndərir. Əvvəlcədən 100 AZN avans verir işçiyə. (Norma 90 AZN-dır və V.M-nin 109.7-ci maddəsinə əsasən 10 AZN-i 343-cü hesabdan qarşılamağı nəzərə alır). İşçi ezamiyyədən gəldikdən sonra 3 gün ərzində avans hesabatını rəhbərliyə təqdim edir.

1. Mehmanxana xərci üçün 65 AZN-lik xərc sənədi gətirir. Mehmanxana xərcində 8 Aznlik fərq yaranır (90*80%-65). Bu halda müəssisə hansı məbləği ezamiyyə xərci kimi tanıyacaq? Hansı məbləğ işçinin vergi tutulan gəliri kimi tanınacaq?

2. Eyni işçi əgər mehmanxana xərci üçün 80 Aznlik sənəd təqdim edərsə,bu halda da 8 aznlik mehmanxana xərcində fərq yaranır. (80 – 90*80%). Burada hansı məbləğ işçinin vergi tutulan gəliridir? Bu halda müəssisə hansı məbləği ezamiyyə xərci kimi xərcinə silə biləcək?

3. İşçi mehmanxana xərcini təsdiqləyən heç bir sənəd təqdim etmir. Bu halda müəssisə hansı məbləği xərcinə siləcək? Hansı məbləğ işçinin vergi tutulan gəliri kimi tanınacaq?



Cavab: Bildiririk ki, ezamiyyə xərclərinin hesablanması “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarına və Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”na əsasən hesablanır.

Ezamiyyə xərclərinin norması və verilməsi qaydalarını tənzimləyən Nazirlər Kabinetinin müvafiq qərarında və Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nda Azərbaycan Respublikasının ərazisində ezamiyyətə göndərilən şəxslər tərəfindən təsdiqedici sənədələrin təqdim olunması göstərilir.

Faktiki ezamiyyə xərclərinin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi (əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği daxil olmaqla) mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Ezamiyyətə göndərilmiş işçiyə ödənilən faktiki ezamiyyə xərclərinin Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilmir və həmin məbləğlər müəssisənin sərbəst mənfəəti (gəliri) hesabına maliyyələşdirilir.

İşçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği isə gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Bax: Vergi Məcəlləsinin 98.3-cü102.1.14.2-ci və 109.7-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”.

Mənbə: taxes.gov.az



Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!