Nümunə üçün verilən mallar necə sənədləşdirilir?
Sual: Şirkət, özünün istehsal etdiyi məhsuldan əvəzsiz qaydada təqdim edirsə (məhsulun yoxlanması üçün başqa şirkətlərə nümunə olaraq, tanıtım/reklam olaraq məhsulları paylamaq üçün, öz daxili istifadəsi üçün), o zaman həmin məhsullar vergitutma və gəlirlərin (xərclərin) uçotunun aparılması baxımından mallar necə sənədləşdirilir?
Cavab: Mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi malların təqdim edilməsi anlamını verir və bazar qiyməti nəzərə alınmaqla vergiyə cəlb olunur.
Qeyd olunan malların təqdim edilməsi “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda müəyyən olunmuş formada elektron qaimə-faktura və elektron vergi hesab-faktura əsasında sənədləşdirilməlidir.
Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 130.1-1-ci maddələri, 16 iyun 2017-ci il tarixli 1460 saylı “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
Mənbə: taxes.gov.az
Bax:
ƏDV-ni əvəzləşdirmək hüququ olmadığı halda 159.6-cı maddə tətbiq edilirmi?
Vergi yoxlaması ilə əhatə edilmiş dövr üçün təkrarən dividenddən vergi tələb edilə bilər?
Əmtəəsiz əməliyyat nədir?
Təsisçi tərəfindən verilmiş əsas vəsaitlərə hansı halda amortizasiya hesablana bilər?
Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?
Yeni kassa aparatlarının istifadəsi zamanı güzəşt varmı?
Şirkət əvvəlki illərdə alınmış daşınmaz əmlakını satarkən vergilər necə hesablanmalıdır?
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Bir şəxslə eyni vaxtda həm əmək həm də xidmət müqaviləsi bağlamaq olar?
Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun