Obyektlərin yenidən uçota alınma qaydası təsdiq edilib
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Vergilər Nazirliyi Kollegiyasının təsdiq etdiyi “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası” Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə uyğun hazırlanıb. Təsərrüfat subyektinə malik olan vergi ödəyicilərinin yenidən uçota alınması qaydalarını müəyyən edir. Bu qayda ən azı bir təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinə aiddir. Qaydanın müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınmış vergi ödəyicilərinə şamil edilmir.
Yeni qaydaya əsasən, vergi ödəyicisinin bir obyekti olduqda və həmin təsərrüfat subyekti vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə, sahibi obyektin olduğu ünvan üzrə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq verilən rəy əsasında yenidən uçota alınır. Vergi ödəyicisinin obyekti vergi uçotundan çıxarıldıqda, həmin vergi ödəyicisi olduğu yer üzrə yenidən uçota alınmalıdır. Bu barədə növbəti ayın 20-dək Maliyyə Nazirliyinə məlumat təqdim edilməlidir.
İki və daha çox obyekti olan vergi ödəyicisi İqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınmalıdır. Mərkəzin yerləşdiyi ünvan üzrə yenidən uçota alınma vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir.
Qaydanın 1.3-cü bəndinə əsasən, obyekt sahibi olan vergi ödəyicilərinin yenidən uçota alınması Vergilər Nazirliyinin təhlil strukturunun iyun ayının 5-dək verdiyi rəy əsasında Vergilər Nazirliyi tərəfindən vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir. Verilən rəydə qeyd edilən vergi ödəyiciləri barədə məlumatlar Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada rəyin alındığı ilin iyun ayının 15-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir. Qaydaya əlavə edilən bildiriş də təsdiq edilib.
Sənədlə daha ətraflı tanış olmaq üçün faylı yükləyin: Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası
Mənbə: vergilər.az
Bax:
-
Əmək pensiyaları haqqında Qanunda kiçik dəyişiklik edilib
-
Nəzarət-kassa aparatlarının elektron uçotu ilə bağlı qayda təsdiqlənib