Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi (DTA-04 Forması)

posted in: Xəbər | 0
birbank biznes

vergi hesabatları, vergi hesabatlarının vaxtıXidmətin adı: Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi (DTA-04 Forması).

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında Ərizə” (DTA-04 Forması)

– Azərbaycan Respublikasında əldə edilmiş gəlir və həmin gəlirdən ödənilmiş (tutulmuş) vergilərlə bağlı bütün təsdiqedici sənədlərin (müqavilələr, ödəniş tapşırıqları və s.). Gəlirin növündən asılı olaraq, əlavə edilməli olan təsdiqedici sənədlər əsasən aşağıdakılardır:

– Göstərilmiş xidmətlərdən gəlir: müqavilə və ona əlavə sənədlər, işlərin görülməsi, xidmətlərin göstərilməsini və onların müddətlərini təsdiq edən sənədlər, verginin faktiki ödənilməsini təsdiq edən sənədlər (vergi agenti tərəfindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.) habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Dividend: iştirak payını təsdiq edən sənəd, dividendlərin bölüşdürülməsi barədə qərar, dividendin ödənilməsini təsdiq edən bildirişlər, bank sənədləri, ödənilən dividenddən verginin tutulduğunu təsdiq edən sənədlər (vergi agenti tərəfindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.) habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Faiz: borc müqaviləsi, faizlərin ödənilməsini təsdiq edən bildirişlər, bank sənədləri, ödənilən faizlərdən verginin tutulduğunu təsdiq edən sənədlər (vergi agenti tərəfindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.) habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Royalti: royalti obyekti olan hüquq və ya əmlakdan istifadə hüququnun verilməsi haqqında müqavilə, faizlərin ödənilməsini təsdiq edən bildirişlər, bank sənədləri, ödənilən faizlərdən verginin tutulduğunu təsdiq edən sənədlər (vergi agenti tərəfindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Digər gəlirlər: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, gəlirin əldə edilməsi hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər. Qeyd: DTA-04 Forması hər bir gəlir növü və hər bir gəlir ödəyən şəxs üzrə ayrılıqda təqdim edilir.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları.

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları.

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri.

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: “Ödənilmiş vergilər haqqında” arayış.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email