Öz hesabına ödənişsiz məzuniyyət: əmr nümunəsi

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128-ci maddəsi işçinin  müəyyən şərtlər daxilində öz hesabına məzuniyyət hüququnu müəyyən edir. Bu hüquq işçinin ödənişsiz məzuniyyət ərizəsi yaxud tərəflərin razılığı əsasında təmin edilir. İşəgötürən istənilən halda ödənişsiz məzuniyyət əmri hazırlayır. Bu məqalədə işəgötürənin işini asanlaşdırmaq məqsədi ilə tərəfimizdən hazırlanmış öz hesabına məzuniyyət əmri forması, habelə  ödənişsiz məzuniyyət üçün əmr nümunəsi sizə təqdim olunur.

Öz hesabına məzuniyyət əmri necə tərtib edilir?

Işəgötürən ödənişsiz məzuniyyətin verilməsi qaydalarına əməl etməyə borcludur. Bir sıra hallar vardir ki, işçinin müraciətinə imtina edilə bilməz. Belə işçilərə aşağıdakılar nümunə göstərilə bilər:

  • həyat yoldaşı doğuş məzuniyyətində olan kişilər;
  • döyüşən ordunun tərkibində iştirak etmiş şəxslər;
  • müəyyən növ təhsil proqramları üzrə qəbul imtahanlarının verənlər;
  • əlilliyi və ya digər statusu olanlar və sairləri.

İşəgötürənin ildə bir dəfə işçinin xahişi ilə ödənişsiz məzuniyyət əmirini mütləq rəsmiləşdirməli olduğu hallar və uyğun müddətlər Əmək Məcəlləsinin 130-cu maddəsində sadalanır

Əgər işçi həmin şadlanan istisnalara aid olmayan şəxsi səbəblərə görə ödənişsiz məzuniyyət tələb edərsə, işəgötürən belə məzuniyyəti sərbəst, qarşılıqlı razılaşma əsasında verir.

Öz hesabına məzuniyyət əmri işəgötürən tərəfindən müstəqil hazırlanmış formada hazırlanır. Həmçinin müxtəlif mənbələrdən əldə edilmiş ödənişsiz məzuniyyət üçün əmr nümunəsi də işə yaraya bilər.

Öz hesabına məzuniyyət əmri üçün forma

Ödənişsiz məzuniyyət əmri mühasibat uçotu üçün ilkin uçot sənədi sayılır. Ö hesabına məzuniyyət əmri forması özündə aşağıdakı rekvizitləri əks etdirir (ƏM,maddə 138.1):

  • təşkilatın adı;
  • əmrin nömrəsi və verilmə tarixi;
  • məzuniyyətə çıxan işçi haqqında məlumatlar;
  • məzuniyyətin növü və müddət;
  • uyğun iş ili, başlanğıc və bitmə tarixləri;
  • işçinin iş başlamalı tıri;
  • işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
  • işçinin əmrlə tanışlıq tarixi və imzası.

Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

“________________” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə

ƏMR № ___

Zərdab şəhəri.                                                                             ____._____. 20___-cı il

“Ödənişsiz məzuniyyət haqqında”

1. Cəmiyyətin (vəzifəsi, adı, soyadı, atasının adı) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin128-ci maddəsinə əsasən, 130-cu maddəsinin “___” bəndinə uyğun olaraq, ___.___.____-cı il tarixdən ___.____.____-cı il tarixədək ____ (____) təqvim günü öz hesabına ödənişsiz məzuniyyət verilsin.

2. İşçi ___.___.____-ci il tarixində işə başlamalıdır.

3. Əmrin icrasına nəzarət İR şöbəsinin müdiri ________________ tapşırılsın

Əsas: İşçinin məzuniyyət ərizəsi və (uyğun sənəd – əgər qanunla tələb olunursa)

 

“______________” MMC-nin

direktoru                                 ________________________________

 

İşçi (tanış oldum) _________________ İşçinin adə soyadı atasının adı

Tarix                                                                        (imza)

Ödənişsiz məzuniyyət üçün əmr nümunəsi

“Öz hesabına ödənişsiz məzuniyyət üçün ərizə nümunəsi” məqaləsində verilmiş  ərizə nümunəsindəki işçi üçün öz hesabına məzuniyyət əmri formasını tərtib edək. Həmin məqalədə verilmiş nümunədə “İpək yolu” MMC-nin mühasibi H.N.Fərəcova ailənin xəstə üzvünə qulluq etmək məqsədi ilə 5 günlük öz hesabına məzuniyyət götürmək istəyir. Müvafiq ərizə işəgötürənə təqdim edilib. Ödənişsiz məzuniyyət üçün ərizə formasının doldurulmasına baxaq.

İşəgötürən ilk növbədə müraciətin AR ƏM ilə uyğunluğunu yoxlayır. Əmək Məcəlləsinin 130-cu maddəsinin h) hissəsinə görə ailənin xəstə üzvünə qulluq edən qohumlardan biri 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququndan istifadə edə bilər.

“İpək yolu” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə

ƏMR № xxx

Zərdab şəhəri 01 may 2023-cü il

“Ödənişsiz məzuniyyət haqqında”

1. Cəmiyyətin mühasibi Fərəcova Həcər Niyazi qızına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin128-ci maddəsinə əsasən, 130-cu maddəsinin “i” bəndinə uyğun olaraq 08 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək 5 (beş təqvim günü müddətinə öz hesabına ödənişsiz məzuniyyət verilsin.

2. İşçi 14 may 2023 –cü il tarixində işə başlamalıdır.

3. Əmrin icrsına nəzarət İR şöbəsinin müdiriN.F.Məmmədovatapşırılsın

Əsas: İşçinin məzuniyyət ərizəsi və tibb müəssisənin uyğun rəyi

 

“İpək Yolu” Məhdud Məsuliyyətli Cəmiyyətinin

direktoru:                   (i m z a)                A.M.Məmmədova

 

İşçi : (t a n ı ş o l d u m) Fərəcova Həcər Niyazi qızı 

Tarix:                                                (imza)

Ödənişsiz məzuniyyət əmrinin ləğvi

Ödənişsiz məzuniyyətdən vaxtından əvvəl qayıtmaq ayrıca əmrlə rəsmiləşdirilir.  Məzuniyyətin  dayandırılması təşəbbüsü həm işçidən, həm də işəgötürəndən gələ bilər. Bu prosedur üçün əsas ödənişsiz məzuniyyəti ləğvi əmridir.

Belə təşəbbüs işçidən gələrsə, o, bu haqda ərizə verməlidir. Həmin ərizə əsasında öz hesabına məzuniyyətin ləğvi əmr verilir.

Məzuniyyətin ləğvini işəgötürən istəyərsə, bu barədə işçini xəbərdar etməli və onun razılığını almalıdır.  Öz hesabına məzuniyyətin ləğvi əmri məzuniyyətdə olan işçinin yazılı razılığı ilə tərtib edilə bilər. Onun hazırlanması zamanı ödənişsiz məzuniyyət üçün əmr nümunəsi əsas götürülə bilər.


Print Friendly, PDF & Email