Ödənişsiz məzuniyyət nədir?
Ödənişsiz məzuniyyət, onu bəzən öz hesabına məzuniyyət də adlandırırlar, işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128-ci maddəsinə uyğun, işçinin yazılı öz hesabına məzuniyyət ərizəsi əsasında verilir. Onun verilmə səbəbləri, müddəti Məcəllənin 130-cu maddəsinə uyğun müəyyən edilir. Ödənişsiz məzuniyyət müddətində işçinin iş yeri (vəzifəsi) saxlanılır, amma əmək məzuniyyətindən fərqli olaraq ona orta əmək haqqı ödənilmir.
Məzuniyyətin rəsmiləşdirilməsi üçün işçi ödənişsiz məzuniyyət üçün ərizə formasını dolduraraq işəgötürənə təqdim edir.
Ödənişsiz məzuniyyət üçün ərizə forması
Aşağıda işçinin məzuniyyətə çıxmaq üçün işəgötürənə təqdim edəcəyi ödənişsiz məzuniyyət üçün ərizə forması verilib. Verilən ərizə nümunəsi mütləq deyil, işçi yaxud işəgötürən tərəfindən sərbəst tərtib edilə bilər. Amma onun tərtib edilməsi zamanı qanunvericiliyin tələblərinə mütləq əməl edilməli, zəruri məlumatlar öz hesabına ərizəsində əks olunmalıdı.
_____________ MMC-nin baş direktoru X.Y.Z
mühasib A.B.C tərədindən
Ərizə
AR Əmək Məcəlləsinə uyğun olaraq, (ödənişsiz məzuniyyət üçün səbəb) məqsədi ilə __________ tarixindən mənə ___ təqvim günü müddətinə ödənişsiz məzuniyyət vermənizi xahiş edirəm.
Tibb müəssisəsinin rəyinin sürəti əlavə olunur.
. t a r i x . . i m z a . A.B.C
Ərizə formasının doldurulmasına nümunə
Tutaq ki, “İpək yolu” MMC-nin mühasibi H.N.Fərəcova ailənin xəstə üzvünə qulluq etmək məqsədi ilə 5 günlük öz hesabına məzuniyyət götürmək istəyir. Ödənişsiz məzuniyyət üçün ərizə formasının doldurulmasına baxaq.
Aşağıda öz hesabına məzuniyyət ərizə nümunəsi verilib. Nəzər almaq lazımdır ki, öz hesabına məzuniyyət ərizəsinin əl ilə yazılması tövsiyə olunur. O, rahat oxunmalı, ödənişsiz məzuniyyət üçün ərizə formasının müvafiq sahələr doldurulmalıdır.
“İpək yolu” MMC-nin baş direktoru A.M.Məmmədova
mühasib H.N.Fərəcova tərədindən
Ərizə
AR Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq, ailənin xəstə üzvünə qulluq etmək məqsədi ilə 08.05.2023-cü il tarixindən etibarən mənə 5 təqvim günü müddətinə ödənişsiz məzuniyyət vermənizi xahiş edirəm.
Tibb müəssisəsinin rəyinin sürəti əlavə olunur.
01 may 2023-cü il ___________ H.N.Fərəcova
Öz hesabına məzuniyyətin rəsmiləşdirilməsi
İşəgötürən işçinin öz hesabına məzuniyyət ərizəsini qanunvericiliyə uyğunluğunu araşdırdıqdan sonra məzuniyyətin rəsmiləşdirilməsinə başlayır. Bunun üçün ödənişsiz məzuniyyət əmri hazırlanır. İşçiyə heç bir ödəniş verilmir. Əgər öz hesabına məzuniyyət ayın sonuna düşərsə (məsələn 23-30 aralığına) ona işdə olduğu günlər əmək haqqı hesablanıb verilir.
Sonda qeyd edək ki, digər məzuniyyət növləri üçün ərizə nümunəsi burada verilib.