Ölkələrarası hesabatın vergi orqanına təqdim edilməsi qaydası hazırlanıb

posted in: Xəbər | 0
birbank biznes

şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıMəlum olduğu kimi, Azərbaycan Respublikasında Ölkələrarası Hesabatlılıq üzrə tələblər 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. “Ölkələrarası hesabat” – Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə avtomatik məlumat mübadiləsini həyata keçirmək üçün transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən təqdim edilən hesabat formasıdır.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən verilən məlumata görə, qeyd olunan mübadilənin aparılması üçün ilkin olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərdən sonra, Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2020-ci il 28 aprel tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” hazırlanıb.

Bu Qaydalara əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən və maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan, transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycanın rezidenti olan müəssisə transmilli şirkətlər qrupunun həmin maliyyə ilinə dair ölkələrarası hesabatını Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə vergi orqanına təqdim etməlidir.

Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisə hesabat verilən ilin iyunun 30-dək müvafiq bildirişi vergi orqanına təqdim etməlidir. Ölkələrarası hesabat isə vergi orqanına hesabat verilən ilin, yəni transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonuna qədər təqdim edilir.

Transmilli şirkətlər qrupunun üzvünü təmsil edən rəhbər şəxs və onun tərəfindən müəyyən edilən səlahiyyətli şəxs müvafiq hesabatı və bildirişin təqdim edilməsi üçün “ASAN imza” vasitəsilə maliyyə institutlarında vergi monitorinqi və ölkələrarası hesabatın verilməsi üzrə portala inteqrasiya edilmiş və artıq istifadəyə verilmiş müvafiq platformaya (https://cbcr.tmfi.gov.az/login) qoşularaq ölkələrarası hesabatın təqdim edilməsini həyata keçirə bilərlər.

İstifadəçilər adıçəkilən platformaya giriş zamanı “Əsas səhifə” hissəsində hesabatın verilməsi üçün hazırlanmış “İstifadəçi təlimatı” və “Tez-tez verilən suallar” bölməsi ilə tanış ola bilərlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email