fbpx

Ezamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı

posted in: Vergi, Xəbər | 0
birbank biznes

əmək haqqının saxlanmasıEzamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı


Sual: İşçinin ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqının hesablanması haqda aşağıda qeyd olunan misal üzərindən məlumat verməyinizi xahiş edirik.

1. İşçi noyabr ayında 5 gün ezamiyyədə olmuşdur.

2. İşçinin ezamiyyədə olduğu ay (noyabr) üzrə əmək haqqı – 1000 AZN

3. Əvvəlki 2 ayın əmək haqqı – oktyabr 1000 AZN (23 iş günü), sentyabr 800 AZN Ə/H+200 AZN məzuniyyət= cəmi 1000 AZN (20 iş günü).

Ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqı =?

Bildirmək istərdik ki, sualınız Vergilər Nazirliyinin səlahiyyətinə aid edilən məsələlərlə bağlı deyil.

Cavab: Məlumat üçün bildiririk ki, orta əmək haqqı və onun hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə müəyyən edilir. Həmin qərara əsasən əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı orta əmək haqqı hesablanarkən nəzərə alınır.

Beləliklə sizin misalda, İşçinin ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqı = (1000 + 800 + 200) / (23 + 20) * 5 = 232,56 manat təşkil edəcəkdir.

Mənbə: taxes.gov.az

Bax: 


Print Friendly, PDF & Email
error: Content is protected !!