Özbəkistanın regionlardakı bankları nağd pulların verilməsini dayandırdı

posted in: Xəbər | 0
birbank biznes

Sosial ödəniş, Bankomat, Sosial ödənişlərin qrafikləri,Özbəkistanın regionlardakı bankları nağd pulların verilməsini dayandırdı.

Ölkənin regionlarında yerləşən kommersiya bankları nağd pulların verilməsini dayandırıblar. Həmin səbəbdən bankomatlar qarşısında böyük növbələr yaranıb. “Azadlıq” nəşrinin vediyi məlumata görə, belə hallar Əndican, Namanqan, Cizak və Surxandərya vilayətlərinin bir sıra şəhər və rayonlarında müşahidə olunur.

Namanqan vilayətinin Çartaksk rayonundan olan pensiyaçı nəşrə bildirib ki, artıq neçə gündür bankomatlarda pul yoxdur. Bu hal əhali üçün böyük problemlər yaradır. Belə ki, kartla mağazlardan alış baha başa gəlir. Bazarlarda isə məhsulların qiyməti xeyli aşağı olsa da, yalnız nağd pul qəbul edirlər.

Digər həmsöhbətlər isə KİV-ə şikayətlənərək bildiriblər ki, terminalları olan ticarətçilər ödəniş formasında asılı olaraq eyni məhsula müxtəlif qiymətlər qoyurlar. Nağd pulla alanlar daha ucuz, kartla alanlar üçün isə nisbətən baha qiymətlər tətbiq edirlər.

Respublikanın bəzi vilayətlərindən olan vətəndaşlar UzCard ödəniş sistemində kartlardan nağd pulları çıxara bilmədiklərindən şikayətləniblər. Bu zaman Humo kartlarından isə vəsaitlər maneəsiz nağdlaşdırıla bilir. Həmin səbəbdən, məhz Humo-ya xidmət edən bankomatlar qarşısında növbələr yaranır, Cizak sakini belə xəbər verib.

Özbəkistanın müxtəlif regionlarından olan sahibkarlar topdansatış bazarında məhsulların yalnız nağd pulla alındığını bildiriblər.  Banklar plastik kartlardan vəsaitləri nağdlaşdırmağı dayandırdığından, müştərilərdən kağız pullarla ödəniş tələb etmək də lazım gəlir. Əks halda, malların yenilənməsi ilə bağlı çətinliklər ortaya çıxacaq və biznes sadəcə dayanacaq.

“Xamkorbank”, “Asaka bank”, “Xalq bank” və “Aqrobank”ın filiallarının əməkdaşları nağd pul çatışmazlığı ilə bağlı məlumatları təsdiq ediblər. Onlar vəziyyəti karantin dövründə maliyyə təşkilatlarına pul daxilolmalarının kəskin şəkildə azalması ilə izah etdilər. Bank işçiləri müştərilərə ödənişləri plastik kartlar vasitəsilə həyata keçirməyi məsləhət görüblər.

Bundan əvvəl Özbəkistan Mərkəzi bankı əhaliyə alış-verişin mümkün olduğu qədər bank kartları ilə ödənilməsini tövsiyə etməklə bağlı müraciət etmişdi. Çünki nağd puldan istifadə koronavirusun yayılmasına imkan yaradır. Virusun kağız daşıyıcı üzərində 3-4 günə qədər yaşadığı vurğulanmışdı. Plastik kartın üstünlüyü həm də ondan ibarətdir ki, onu həmişə antiseptik vasitə ilə asanlıqla virusdan təmizləmək olur.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email