Bu ildən özəl sektorda çalışan fiziki şəxslər nə qədər sosial sığorta haqqı ödəyəcək?

posted in: Xəbər | 0

 Bu yazıda əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov özəl sektorda çalışan işçilərin və işəgötürənlərin ödəyəcəyi sosial sığorta haqlarının hesablanmasındakı dəyişiklikləri izah edir. 

Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 2026-cı il yanvarın 1-dən bu sahədə dəyişikliklər edilib. “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə tutulacaq:

Sığorta haqqına cəlb edilən aylıq gəlir Sosial sığorta haqqı dərəcəsi
cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan 8.000 manatadək 25 faiz 6 manat + 200 manatdan çox olan 8.000 manatadək olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan 8.000 manatadək olan hissənin 15 faizi
8.000 manatdan çox olduqda 21 faiz 786 manat + 8.000 manatdan çox olan hissənin 10 faizi 1.214 manat + 8.000 manatdan çox olan hissənin 11 faizi

Misal 1: Aylıq əməkhaqqı 1.500 manat olan işçinin və işəgötürənin məcburi dövlət sosial sığorta haqqı belə hesablanacaq:

İşçi: (200 x 3%) + (1.300 x 10%) = 6 + 130 = 136 manat;
İşəgötürən: (200 x 22%) + (1.300 x 15%) = 44 + 195 = 239 manat.

Mühasibat xidmətləri

Misal 2: Aylıq əməkhaqqı 9.000 manat olan işçinin və işəgötürənin məcburi dövlət sosial sığorta haqqı belə hesablanacaq:

İşçi: 9.000 – 8.000 = 1.000 manat;
8.000 – 200 = 7.800 manat;
(200 x 3%) + (7.800 x 10%) + (1.000 x 10%) = 6 + 780 + 100 = 886 manat;

İşəgötürən: (200 x 22%) + (7.800 x 15%) + (1.000 x 11%) = 44 + 1.170 + 110 = 1.324 manat.

İşsizlikdən sığorta haqqı üzrə tutulma

İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilib:

  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
    • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

Misal 3: Aylıq əməkhaqqı məbləği 1.500 manat olan işçinin və işəgötürənin ödəyəcəyi işsizlikdən sığorta haqqı belə hesablanacaq:

İşçi: 1.500 x 0,5% = 7,5 manat;
İşəgötürən: 1.500 x 0,5% = 7,5 manat.

Misal 4: Aylıq əməkhaqqı məbləği 9.000 manat olan işçinin və işəgötürənin işsizlikdən sığorta haqqı belə hesablanacaq:

İşçi: 9.000 x 0,5% = 45 manat;
İşəgötürən: 9.000 x 0,5% = 45 manat.

İcbari tibbi sığorta haqqı üzrə tutulma

“Tibbi sığorta haqqında” Qanunda 2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, icbari tibbi sığorta haqqı üzrə də neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə tutulma fərqli şəkildə aparılacaq.

Qanunun 15-10.1.2-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə:

  • sığortalı tərəfindən işçinin əməkhaqqının 2.500 manatadək olan hissəsindən 2 faiz, 2.500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
  • sığortaolunan tərəfindən əməkhaqqının 2.500 manatadək olan hissəsindən 2 faiz, 2.500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz tutulma olacaq.

Misal 5: Aylıq əməkhaqqı 1.500 manat olan işçinin və işəgötürənin icbari tibbi sığorta haqqı üzrə öhdəlikləri belə hesablanacaq:

İşçi: 1.500 x 2% = 30 manat;
İşəgötürən: 1.500 x 2% = 30 manat.

Misal 6: Aylıq əməkhaqqı 9.000 manat olan işçinin və işəgötürənin icbari tibbi sığorta haqqı:

İşçi: 9.000 – 2.500 = 6.500 manat;
(2.500 x 2%) + (6.500 x 0,5%) = 50 + 32,5 = 82,5 manat;

İşəgötürən: (2.500 x 2%) + (6.500 x 0,5%) = 50 + 32,5 = 82,5 manat.

İndi isə bir neçə nümunə ilə 2026-cı ildə özəl sektorda çalışan işçilərin əməkhaqqıdan ümumilikdə tutulmaların aparılmasına nəzər salaq.

Misal 7:

Hesablanan aylıq əməkhaqqı 1.500 manat
Vergiyə cəlb edilən məbləğ 1.500 – 200 = 1.300
Fiziki şəxslərin gəlir vergisi 1.300 x 3% = 39
Sosial sığorta haqqı İşçi 200 x 3% + (1.500 – 200) x 10% =136
İşəgötürən 200 x 22% + (1.500 – 200) x 15% = 239
İşsizlikdən sığorta haqqı İşçi 1.500 x 0,5% = 7,5
İşəgötürən 1.500 x 0,5% = 7,5
İcbari tibbi sığorta haqqı İşçi 1.500 x 2% = 30
İşəgötürən 1.500 x 2% = 30
Nett əməkhaqqı məbləği 1.500 – (39 + 136 + 7.5 + 30) = 1.287,5

Misal 8:

Hesablanan aylıq əməkhaqqı 9.000 manat
Vergiyə cəlb edilən məbləğ 9.000
Fiziki şəxslərin gəlir vergisi 2.500 x 3% + (8.000 – 2.500) x 10% + (9.000 – 8.000) x 14% = 765
Sosial sığorta haqqı İşçi 200 x 3% + (9.000 – 200) x 10% = 886
İşəgötürən 200 x 22% + (8.000 – 200) x 15% + (9.000 – 8.000) x 11% = 1.324
İşsizlikdən sığorta haqqı İşçi 9.000 x 0,5% = 45
İşəgötürən 9.000 x 0,5% = 45
İcbari tibbi sığorta haqqı İşçi 2.500 x 2% + (9.000 – 2.500) x 0,5% = 82,5
İşəgötürən 2.500 x 2% + (9.000 – 2.500) x 0.5% = 82,5
Net əməkhaqqı 9.000 – (765 + 886 + 45 + 82,5) = 7.221,5 manat

Mənbə: vergiler.az

Xaricdən əldə olunan dividendlər üzrə vergi dərəcəsi azaldıldı