Koronavirus pandemiyasından sonra hansı peşələrə tələbat olacaq? (1-ci hissə)

posted in: Xəbər | 0

Pandemiya COVİD-19 əmək bazarını dəyişdirəcək. Yaxın vaxtlarda biz bir sıra peşələrin qürub etdiyini və digərlərinə isə tələbatın artacağını görəcəyik. İstifadəçilərə işlədikləri şirkətlər haqqında anonim məlumat mübadiləsi etməyə imkan verən “Glassdoor” veb saytı, 2020-ci ilin mart ayında pandemiya zamanı hansı peşələrin tələb olunduğu barədə bir araşdırma yayımlayıb. Siyahıya səhiyyə sahəsində kommunikasiyalar üzrə mütəxəssis, tibbi məlumatların analitiki, fövqəladə vəziyyət şəraitində sosial yardım proqramlarının təşkilatçısı, laborant və texniklər, tibb bacıları daxildir. Çox güman ki, bu peşələrə tələbat müvəqqəti xarakter daşıyır. Epidemiya azaldıqda belə mütəxəssislərə tələbat azalmağa başlayacaq. Bununla belə, pandemiyanın əmək bazarına təsiri tibbi peşələrə müvəqqəti tələbatın yaranmasına gətirib çıxarmır. İşçi qüvvəsi bazarında tektonik dəyişikliklər gözlənilir.

Aviasiya, HoReCa, turizm, şou-biznes kimi sahələr böyük itkilər yaşayır. Bu sektorlarda fəaliyyət göstərən şirkətlər, yəqin ki, yaxın aylarda işçilərdən yaxa qurtarmaq məcburiyyətində qalacaqlar. İşdən çıxarılan bron üzrə menecerlər, nəqliyyat agentləri, şou prodüserləri, konfrans təşkilatçıları pərakəndə şirkətlərdə iş tapmağa cəhd edə bilərlər – Amazon, Walmart, Kroger, Safeway və Meijer kütləvi şəkildə yeni işçiləri işə götürürlər, ola bilsin ki, müştərilərə mal çatdırılma tələbatının artdığını hiss edirlər. Bizim fikrimizcə, böyük ofislərin dövrü sona çatıb: müxtəlif ölkələrdə, o cümlədən Rusiyada şirkətlər pandemiyaya qədər ofis sahələrinin icarəsinə həddindən artıq pul xərclədikləri ilə bağlı qərar verəcəklər. Ofislərə ən zəruri işçilər qayıdacaq, qalanları isə evdən işləməyə davam edəcək, frilansa və ya qismən məşğulluğa keçəcəklər.

Pandemiya başa çatdıqdan sonra əmək bazarında aşağıdakı peşələrə tələbat arta bilər.
Böhrana qarşı menecer

Bu profildən olan mütəxəssislərə böhran zamanı və ondan sonra da tələbat olacaq. Şirkətlər biznesin təhlilini aparmağa, güclü və zəif tərəfləri üzə çıxarmağa, böhran əleyhinə plan qurmağa və onu həyata keçirməyə qadir olan ekspertlərə kəskin ehtiyac duyurlar. Belə əməkdaşlar şirkətlərdə xarici ekspertlər, intern-menecerlər və ya başqa formatda işləyə bilərlər.

HR-transformasiya üzrə ekspert

Əmək bazarı hərəkətə gəlib, dəyişikliklər “cəmiyyət – iqtisadiyyat – texnologiyalar” üçbucağında baş verəcək. Biznesə dəyişən mühitdə şirkətləri yönləndirə biləcək və fəaliyyət planı tərtib edə biləcək ekspertlər lazımdır: hansı əməkdaşların işdən çıxarılması, hansı işə cəlb olunması, işçilərə nəyin öyrədilməsi, yeni şəraitdə əməyin təşkili üçün hansı təşkilati sxemlərdən istifadə edilməsi və bu sxemlərin dəstəklənməsi üçün hansı İT həllərin tətbiq edilməsi və s.

Rəqəmsal transformasiya üzrə ekspert

Karantin tətilləri hətta ən mühafizəkar sahibkarları belə, hansı funksiyaları real mühitdən virtual mühitə köçürmək üzərində düşünməyə məcbur edəcəkdir. Bu sual üzərində düşündükdən sonra sahibkarlar rəqəmsal transformasiyaya doğru ilk addım atacaqlar və ikinci addımın necə olacağını təklif edə biləcək mütəxəssislər axtarmağa başlayacaqlar…


2-ci hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *