Koronavirus pandemiyasından sonra hansı peşələrə tələbat olacaq? (2-ci hissə)

posted in: Xəbər | 0

populyar peşələr, Pandemiya,Pandemiya COVİD-19 əmək bazarını dəyişdirəcək. Yaxın vaxtlarda biz bir sıra peşələrin qürub etdiyini və digərlərinə isə tələbatın artacağını görəcəyik.

Proqramçı

Şirkətlərin rəqəmləşdirməyə keçmək cəhdləri proqram təminatının hazırlanmasına marağın artmasına səbəb olacaq. Bəzi şirkətlər özləri rəqəmsal məhsullar yaratmağa çalışacaqlar. Digərləri isə virtual platformaları da daxil olmaqla bazarda mövcud olan həlləri seçəcəklər. İstənilən halda, proqram təminatçılarına ya müştəri tərəfindən, ya da platforma tərəfindən tələbat olacaq.

Big Data üzrə ekspert

İşin rəqəmləşdirilməsi məlumat banklarının kəskin artmasına səbəb olacaqdır. Şirkətlər sahib olduqları sərvəti dərk edəcəklər. Yığılmış məlumatların emalından maksimum yararlanmağa çalışacaqlar. Bu, məlumat kütləsi ilə işləməyi bacaran mütəxəssislərə tələbatın kəskin artmasına səbəb olacaq.

Desinger product

Epidemiyanın yaratdığı şok keçdikdə, şirkətlər tələsməyə başlayacaqlar. Rəqəmsal məhsullar istehsalçılarını “qızıl dövrlər” gözləyir – istifadəçilərin ehtiyaclarını anlaya bilən, yaradıcı və mühəndislik yanaşmalarını birləşdirə bilən və innovativ həllər təklif edə biləcək mütəxəssislər tələb olunur.

VR/AR-translyasiya təşkilatçıları

Karantin video xidmətlərə tələbatı artırıb: Zoom bir anda biznes, təhsil və digər sahələrdə kommunikasiyaların xilaskarı oldu. Şou-biznes sənayesi, çox güman ki, 2020 – ci ilin baharındakı hadisələrdən nəticə çıxaracaq – konsertlərə və tamaşalara biz evdən çıxmadan baxa biləcəyik. Bununla yanaşı, şou-biznes yəqin ki, Youtube-da yayımlanan formatda çox da gecikməyəcək. Yaxın gələcəkdə biz üçölçülü şəkillər və genişlənməyə reallıqdan istifadəni gözləyirik. Teatrlara, konsert zallarına bununla bağlı kontenti rəqəmsal formaya çevirə bilən mütəxəssislər tələb olunacaq.

IT üzrə fərdi məsləhətçi

Rəqəmə marağın artması ilə əlaqədar olaraq, cəmiyyətdə bölünmə baş verəcək. Bəzi insanlar önümüzdəki aylarda görünəcək çoxsaylı yeni rəqəmsal xidmətləri inkişaf etdirməyə tələsəcəklər. Digərləri bu məsələdə çaşqınlıq yaşayacaqlar və dəyişmiş dünya ilə əlaqələr qurmağa, rəqəmsal mühitdə necə davranılacağını izah etməyə və kiber təhlükəsizlik məsələləri ilə bağlı məsləhət verməyə qadir olan köməkçiləri tələb edəcəklər.

Çağrı-mərkəzinin operatoru

Bütün şirkətlər koronavirusun yaratdığı fırtınadan xilas ola bilməyəcəklər. Turizm kimi bəzi sahələrdə yaxın aylarda iş axtarmaq faydasız olacaq. Ola bilsin ki, böhrandan sonra azalmış əmək bazarında ən çox tələb olunan peşələrdən biri də çağrı mərkəzinin operatoru olacaq. Bu peşə demək olar ki, bütün sahələrdə istifadəçilər və şirkətlər arasında əlaqəni təmin edəcək.

Qulluq üzrə köməkçi

Koronavirusun pandemiyası yaşlı insanların və xroniki xəstəlikləri olan xəstələrin sağlamlığına zərər verə bilər. Nəticədə yüksək pensiya təminatı olan ölkələrdə, ilk növbədə, Şimali Avropada ev təsərrüfatının aparılmasına kömək edən sosial işçilərə, baxıcılara, dayələrə tələbat arta bilər. Bu, Şərqi Avropa ölkələrindən olan miqrantlar qarşısında yeni imkanlar açır.


1-ci hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *