30 dekabr 2023-cü ildən peşəkar mühasib olmalı şəxslər kimlərdir?

posted in: Xəbər | 0

peşəkar mühasib,30 dekabr 2023-cü ildən peşəkar mühasib olmalı şəxslər kimlərdir?

Məlum olduğu kimi mühasibat uçotu haqqında qanunvericiliyə əsasən bəzi qurumların mühasibləri üçün peşəkar mühasib olma tələbi 30.12.2023-cü il və 30.12.2024-cü il tarixlərə kimi uzadılıb. Bəs həmin möhlət hüququ bu il başa çatacaq baş mühasiblərin çalışdığı müəssisələr hansılardır?

  • Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər
  • Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumlar

Bu siyahıya daxil olan ictimai əhəmiyyətli qurumlar dedikdə,

  • kredit təşkilatları
  • sığortaçılar, təkrarsığortaçılar,
  • investisiya fondları və bu fondların idarəçiləri,
  • qeyri-dövlət (özəl) sosial fondları,
  • qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər,
  • maliyyə hesabatlarının tərtibi tarixində müvafiq orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatları başa düşülür.
  • İri, orta sahibkarlıq subyektləri

Onu da qeyd edək ki, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 01.01.23-cü il tarixədək işə qəbul edilən baş mühasibləri 30.12.2024-cü ildən peşəkar mühasib sertifikatını əldə etməli olacaq. Lakin illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dən sonra işə qəbul edilən baş mühasibləri artıq müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Mühasibat xidmətləri