Peşəkar mühasib sertifikatı imtahanlarının vaxtı elan edildi

posted in: Xəbər | 0
birbank biznes

Peşəkar mühasib sertifikatı, Dövlət qulluğu, Peşəkar mühasib sertifikatı, Dövlət qulluğu, Dövlət qulluğuna qəbul,“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir.

İmtahanlardan müvəffəqiyyətlə keçən namizədlərə aşağıdakı növ sertifikatlar verilir:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahanlar 2 mərhələ üzrə keçiriləcəkdir:

1-ci mərhələ mühasibat uçotu üzrə test tapşırıqlarını, 2-ci mərhələ qanunvericilik üzrə test tapşırıqlarını əhatə edir.

İmtahanların keçirilmə qrafiki

 Sertifikat növü  İmtahanlarda iştirak etmək   üçün qeydiyyat  İmtahanın adı  Keçirilmə   tarixi
 1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının   Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar   mühasib   sertifikatı

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları   üzrə –  I,II səviyyə (İSMUBS) peşəkar mühasib sertifikatı

 11.10.21–07.11.21  1-ci mərhələ
“Mühasibat uçotu”
 21.11.2021
 2-ci mərhələ
Büdcə (yalnız   İSMUBS üzrə)
Vergi
Mülki
Əmək
qanunvericiliyi
 28.11.2021

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilmişdir. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

Namizədlərin nəzərinə çatdırırıq ki, müvafiq standartlar və mühasibat uçotu üzrə qanunvericilik aktları Maliyyə Nazirliyinin (http://maliyye.gov.az/) internet səhifəsində, bu və ya digər qanunvericilik aktları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid internet elektron bazasında (http://www.e-qanun.az/) yerləşdirilmişdir.

İmtahanlarda iştirak etmək istəyən namizədlər daha ətraflı məlumat əldə etmək məqsədi ilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə tanış olsunlar.

Baş mühasiblər tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətləri və ardıcıllığı haqqında məlumat isə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2018-ci il  464 nömrəli qərarında öz əksini tapmışdır.

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

Mənbə: dim.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email