fbpx

“Postbayram depressiyası”: İstirahətdən sonra əməkdaşları necə idarə etməli?

posted in: Xəbər | 0
birbank biznes

“Postbayram depressiyası”: İstirahətdən sonra əməkdaşları necə idarə etməli? (İstirahət, məzuniyyət)

1-ci hissə

Uzun çəkən istirahət günlərindən və ya məzuniyyətdən sonrakı ilk iş günləri həmişə orqanizm üçün böyük bir stressdir. Sözsüz ki, növbəti tətildən qayıdış şəxsi adaptasiya və vərdiş məsələsidir. Lakin məhz bu dövrdə əməkdaş adətən böyük dəstəyə ehtiyac duyur. Məzuniyyət başa çatdıqda və iş yerində vəzifənə qayıtmağa məcbur olduqda, “bayram sonrası depressiya” adlanan hallar – ağırlıq, laqeydlik, konsentrasiya, pis əhval-ruhiyyə vəziyyəti özünü göstərməyə başlayır. Bu, atmosferi ciddi zədələyə və bütün kollektivin işinə zərər vura bilər.

Tələsməyin

Amerika Psixoloji Assosiasiyasının tədqiqatları göstərib ki, məzuniyyət və ya uzun sürən tətil günləri əksər işçilərin stressi unutmasına, səhhətinin və əmək məhsuldarlığının yaxşılaşdırılmasına kömək edir. Lakin, əməkdaşların 24%-də istirahətin bütün müsbət nəticələri – enerjinin artması və stressin azalması – işə çıxandan dərhal sonra yox olur. 40% isə bildiriblər ki, effekt ofisə qayıtdıqdan sonra cəmi bir neçə gün davam edir. Buna görə rəhbərin ağlına gələ biləcək ən uğursuz ideya iş intizamının daha da sərtləşdirilməsi ola bilər. Officevibe şirkətinin məlumatına görə, əməkdaşların 75%-i məhz rəhbərlik ilə münasibətlərin pisləşməsi üzündən işdən çıxarılır.

Əksər işçilər uzun sürən məzuniyyətdən sonra işdən çıxmaları barədə qərar qəbul edirlər. Əgər istirahət “əlamətdar” dövrə təsadüf edibsə: ad günü, bal ayı və ya Yeni il – həyatını kəskin şəkildə dəyişdirmək arzusunun baş qaldırması riski arta bilər. Belə bir əlverişli mühitdə rəhbər tərəfindən istənilən hədsiz nəzarət lazımsız görünür və əməkdaşla vidalaşmanın başlanğıc nöqtəsi ola bilər. Əgər siz öz insanlarınızı və komandanızı qoruyub saxlamaq istəyirsinizsə, dincəlmiş insana müəyyən imkanlar yaratmağa icazə verin.

Ümumiyyətlə, məzuniyyətdən sonra uyğunlaşma dövrü üç gündən beş iş günə qədər davam edir. İlk növbədə iş yükünü minimuma endirin: yeni layihələrə başlamayın, kardinal qərarlar qəbul etməyin və sərt deadline-lardan (son müddət) çəkinməyə çalışın. Bayağı görünsə də, amma əvvəlki tək effektiv məsləhət – əməkdaşınıza günə tələsmədən e-poçtunu araşdırmaqla başlamağı təklif edin. Əgər e-poçtda məktublar azdırsa, tabeçilikdə olan özü yazışmalara təşəbbüs göstərə bilər: podratçılardan gələn son məktublara baxar, ilk görüşlər üçün razılaşmalar əldə edə bilər.

İkinci ideya – sizin əməkdaşınızdan növbəti dövr (ay, rüb) üçün fərdi inkişaf planının (FİP) tərtib edilməsinə müəyyən vaxt ayırmasını xahiş etməkdir. FİP artıq varsa, istirahətdən sonra o, plana təzə bir görünüşlə baxa və yeni bir şey əlavə edə bilər. Əgər şirkətdə İPR-dən istifadə edilmirsə, peşəkar mövzuda “arzu buludu” tərtib etməyi təklif edin – öz arzularının vizuallaşdırılması həmişə faydalı olacaq. Əməkdaşınız hansı vərdişləri inkişaf etdirmək istərdi? Hansı məsələləri sınaqdan keçirmək istərdi? Onun çoxdan düşündüyü treninq və kurslar varmı? Bəlkə dil öyrənmək istərdi? Ola bilsin ki, danışıq klubu qurmaq üçün başqa şöbələrdən də əməkdaşları bura qoşmaq lazımdır? Həqiqət ondan ibarətdir ki, məzuniyyətdən sonra beyin başqa ritmlərə keçir, adi halda olduğundan daha geniş, başqa cür düşünür, buna görə də belə tapşırıq faydalı olacaq.

Mütləq öz həmkarınızı birlikdə nahar etməyə və ya səhər yeməyinə dəvət edin: belədə siz onun məzuniyyətdən xoş xatirələrini bölüşə, şəkillərə baxa, dəlisov hekayələri dinləyə bilərsiniz və müsbət təəssüratlarına qatıla bilərsiniz. Əməkdaşın olmadığı müddətdə baş verən işdən kənar xəbərləri, şirkətdə baş verən məzəli əhvalatları onunla bölüşə bilərsiniz. Birlikdə zaman keçirmək, ona bir daha sizin bir komanda olduğunuzu xatırladacaq.

Məzuniyyətdən qayıdan əməkdaşınızı ilk günlərdə iş yerində ləngitməyə çalışmayın: işlə bağlı tapşırıqlar heç yana qaçan deyil, bu şəxsi anlamanız, hörmət göstərməniz onunla birgə vaxt keçirmənizi o da layiqincə dəyərləndirəcək. Buna şübhə belə etməyin.


2-ci hissəni oxumaq üçün keçidə daxil olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İstirahət, İstirahət, məzuniyyət
Print Friendly, PDF & Email
error: Content is protected !!