Pulların təbiəti (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Pulların təbiəti,Qədimdə hələ pul mövcud olmadığı dövrdə cəmiyyət “mal-əmtəə” formulu ilə baş verən mübadilə yolu ilə fəaliyyət göstərmiş və qarşılıqlı əlaqə yaratmışdı. Tədricən, bu mübadilənin özü inkişaf etdikcə, cəmiyyətin bütün qruplarına çatdırılacaq ümumi ekvivalentdə əmtəə-vasitəçiyə tələbat yarandı.

Müxtəlif xalqlarda bu cür ümumi ekvivalent xüsusilə əhəmiyyətli və eyni zamanda ən likvid əmtəədir. Yəni öz dəyərini qoruyub saxlaya bilən, nisbətən asanlıqla nəql edilə bilən, digər mallara tez dəyişdirilə bilən əmtəədir. Mübadilə sərhədlərinin gələcək inkişafı qızılın universal və geniş yayılmış ekvivalent – pul kimi təsdiq edilməsinə gətirib çıxardı. Tədricən pul materialının standartlaşdırılmasına ehtiyac yarandı.

Beləliklə, sikkələr ortaya çıxdı. Sikkələrin ilk dəfə nə vaxt zərb edilməsinə başladıqları dəqiq deyil. Arxeoloji qazıntılar ən müxtəlif vaxt dövrlərinin sikkələrini tapır. Lakin onlardan biri də Lidiya çarı Krezin dövründə buraxılan sikkə olub.  Bu e.ə. VI əsrdə baş verib. Mübadilə nəticəsində onlar qonşu ölkələrə gəlib çatdıqda, bu sikkələr Krezin qeyri-məhdud sərvətləri haqqında fikir formalaşdırdı.

Daha sonralar farslar, yunanlar, romalılar sikkələr zərb etməyə başladılar. Roma imperatoru Konstantin, dövriyyəyə qızıl soliduslar buraxdı və həmin pullarla romalıların xidmətində olan alman muzdlularına maaş verirdi. Həmin vaxtdan hərbiçiləri əsgərlər adlandırmağa başladılar.

E.ə. 650-ci ildə Çində bundan əvvəl buraxılmış mis pullara dəyişdirilən kağız pullar dövriyyəyə buraxılmışdı. Daha sonra kağız pullarının çap edilməsinə cəhdlər müxtəlif ölkələrdə həyata keçirildi. Lakin onların hamısı uğursuz alındı. Yalnız XVIII-XIX əsrlərdə kağız pullar geniş yayılmağa başlayır. Başlanğıcda kağız pullar qızılın əvəzedicisi idi və onları arxasında qızıl dayanırdı. XIX əsrdə mövcud olmuş belə bir sistem qızıl stadart adını almışdı.

1944-cü ildə Amerikanın Bretton-Vuds şəhərciyində Bretton-Vuds sistemi adı almış valyuta-maliyyə münasibətləri sistemi qəbul edilmişdir. ABŞ-ın qızıl məzmunu vasitəsilə dolayı yolla qızıl üçün valyuta pariteti müəyyən edilmişdi. Bretton-Vud sistemi öz xarakterinə və prinsipinə görə sabit valyuta məzənnələrinin qızıl-valyuta sistemi idi. Bretton-Vud sisteminin mənası bundan ibarət idi: Birləşmiş Ştatlar digər ölkələrin ilk tələbi ilə istənilən miqdarda və heç bir məhdudiyyət olmadan dolları qızıla mübadilə etməli idilər.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email