Qəddarcasına qətlə yetirilən 28 yaşlı qadın mühasib

posted in: Xəbər | 0
birbank biznes

Mühasib peşəsinin heç də asan bir iş sahəsi olmadığı barədə çox deyilib, çox yazılıb. Təkcə daşıdığı vəzifə məsuliyyəti və cavabdehliyi sarıdan deyil, həm də ümumən bu peşəni təhlükəli peşələr sırasına aid etmək olar. Bəzi hallarda mühasiblərin qətlə yetirilməsi faktları da baş verir. Məsələn, ötən ilin may ayında Rusiyada belə bir qətl hadisəsi baş verib.

Sosial idarələrdən birinin 28 yaşlı qadın əməkdaşı işə gəlib çıxmayıb. Telefon zənglərinə də cavab verməyib. Həmkarları onun evinə gediblər. Qapını açdıqda mühasibin döşəmədə qan gölməçəsi içində uzanmış vəziyyətdə tapırlar.

Dəhşətli qətl hadisəsi Omsk vilayətinin Azov rayonunda baş verib. Əmək və sosial inkişaf nazirliyinin rayon idarəsinin baş mühasibi  İrina Z. qətlə yetirilib.

Həftənin ikinci günü, mayın 16-a qadın qəfil dən işə çıxmayıb. Rəhbərlik və işdəki həmkarları gün ərzində ona zəng etsələr də, telefona cavab verən olmayıb. Bundan həyəcanlanan işdəki həmkarları iş gününün sonunda onun evinə gediblər. Evin qapısı bağlı olub, lakin bir qədər sonra onlar qapını açıb içəri daxil biliblər.  İşçilər evə girdikdə dəhşətli mənzərə ilə üz-üzə gəliblər – mühasib boğazı kəsilmiş vəziyyətdə döşəmə üzərində uzanıb, ətrafını isə qandan yaranan gölməçə bürüyübmüş. Meyitin yanında bıçaq da olubmuş.

Polisin araşdırmalarından sonra məlum olub ki, evdən pul və bütün qiymətli şeylər oğurlanıb, eləcə də mərhumun üzərindəki qızıl-zinət əşyaları da çıxarılaraq götürülüb.

Sözügedən nazirliyin rayon idarəsi qətl hadisəsini baş mühasibin peşə fəaliyyəti ilə bağlı olmadığı qənaətinə gəliblər və ölüm faktını məişət kriminal hadisəsi kimi dəyərləndiriblər. Çünki mühasib heç vaxt evində dövlətə aid pullar və ya sənədlər saxlamayıb. İş yerində qadın yaxşı xarakterizə olunub, vicdanlı işçi olduğu barədə rəylər var. Səyahət etməyi də xoşlayıbmış.

Azov rayon sakinləri isə hadisədən şok keçiriblər. Belə ki, rayonda  bu cür dəhşətli son qətl hadisəsi düz on il əvvəl baş veribmiş.   

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email