Qeyri-maddi aktivlərin daxil olmasının (yaranmasının) uçotu

posted in: Uncategorized | 0
birbank biznes

Ayrıca əldə edilmiş qeyri-maddi aktivlər

  • Əgər qeyri-maddi aktiv (məsələn, kompüter proqram təminatı) ayrı əldə edilirsə, qeyri-maddi aktivin maya dəyərini etibarlı şəkildə qiymətləndirmək mümkün Ayrı əldə edilmiş qeyri-maddi aktiv üçün gələcək iqtisadi səmərənin mümkünlüyü meyarı təmin olunmuş sayılır, belə ki, onun əvəzində müəyyən qiymət ödənilmişdir, ümumi halda bu gələcək iqtisadi səmərənin həcmini əks etdirəcək. Qeyri-maddi aktivlərin mədaxil edilməsi aşağıda adları sadalanan müvafiq sənədlərin əsasında, yəni istifadəetmə hüququ olan şəhadətnamənin, patentlərin, proqramla təminatın işlənməsi üzrə işlərin qəbulu aktları, aktivlərin müəssisənin nizamnamə kapitalına keçirilməsi və s. əsasında həyata keçirilir. Onlarda obyektlərin təsviri, onun ilk dəyəri, istifadə qaydası, istismar müddəti əks olunur

Qeyri-maddi aktivlər ayrıca əldə edildikdə, hazırkı Standartın 20-ci maddəsinin “a” bəndində qeyd olunan tanınma meyarına dərhal cavab vermiş olur. Bundan əlavə, ayrıca alınmış qeyri-maddi aktivlərin ilkin dəyəri adətən etibarlı muəyyən edilə bilər. Bu хususən, qeyri-maddi aktivin əldə edilməsi ucun odənişin pul vəsaiti və ya digər mоnetar aktiv vasitəsilə həyata kecirilməsi zamanı mumkun olur.Ayrıca alınmış qeyri-maddi  aktivin ilkin dəyəri aşağıdakı iki elementdən ibarətdir:

  • alış qiymətindən satış endirimləri cıxıldıqdan sonra idxal rusumları və alışla bağlı bərpa edilməyən vergilər də daxil оlmaqla sərf оlunan məsrəflər; və
  • aktivdən məqsədyonlu istifadə edilməsi ucun onun lazımi vəziyyətə gətirilməsinə cəkilən birbaşa məsrəflər.Qeyri-maddi aktivlə bağlı məsrəflərin balans dəyərində tanınması, aktivin rəhbərlik tərəfindən nəzərdə tutulmuş tərzdə fəaliyyət gostərməsi ucun yararlı olduğu andan dayandırılır.

Buna gorə də qeyri-maddi aktivin istismarı, və ya yerdəyişməsi uzrə хərclər həmin aktivin balans dəyərinə aid edilmir.Qeyri-maddi aktivin yaradılması ilə əlaqədar əlavə cəkilmiş, lakin aktivin rəhbərlik tərəfindən nəzərdə tutulan tərzdə istifadə olunmasına uyğun olan vəziyyətə gətirilməsi üçün zəruri olmayan xərclər aktivin balans dəyərinə daxil edilməyərək birbaşa mənfəət və zərər haqqında hesabatda xərc kimi tanınır.Əgər qeyri- maddi aktiv uzrə odəniş normal kredit şərtlərindən daha uzun muddətə təxirə salınarsa, onun ilkin dəyəri qeyri-maddi aktivin əldə edildiyi tarixdə pul vəsaitlərinin ekvivalentilə ifadə olunan alış qiymətinə bərabərdir. Bu məbləğlə umumi odənişlərin arasındakı fərq “Borclara aid edilən хərclər uzrə” 13 №-li Milli Muhasibat Ucоtu Standartında nəzərdə tutulan kapitalizasiya yanaşmasına muvafiq olaraq kapitallaşdırılmayanadək kredit muddəti uzrə faiz xərci kimi tanınır.

  • Müəssisələrin birləşməsi zamanı əldə edilmiş qeyri-maddi aktivin ilkin dəyəri, müəssisələrin birləşməsinə qədər satıcı müəssisə tərəfindən onun qeyri – maddi aktiv kimi tanıyıb-tanımamasından asılı olmayaraq alış tarixinə olan “ədalətli dəyəri” ilə müəyyən Müəssisələrin birləşməsi zamanı əldə edilmiş qeyri-maddi aktivin ədalətli dəyərini adətən etibarlı şəkildə qiymətləndirmək mümkün olur və beləliklə qeyri-maddi aktiv qud- vildən ayrı tanına bilər. ”Təşkilatların fəaliyyətlərinin birləşdirilməsi uzrə” 18 №-li Milli Muhasibat Ucotu Standartına əsasən, əgər qeyri-maddi aktiv muəssisələrin birləşməsi nəticəsində əldə olunarsa, bu aktivin ilkin dəyəri onun alış tarixinə olan ədalətli dəyərini əks etdirir. Muəssisələrin birləşməsi zamanı əldə edilmiş qeyri-maddi aktivin ədalətli dəyərinin qiymətləndirilməsi:

Muəssisələrin birləşməsi nəticəsində əldə olunan qeyri-maddi aktivlərin ədalətli dəyəri adətən kifayət qədər etibarlı əsasla qiymətləndirilə bilər. Muxtəlif ehtimallara istinad edən bir sıra mumkun nəticələrin yaranması qeyri-muəyyən hal kimi gorsənsə də, o, hec də aktivin etibarlı əsasla qiymətləndirilməsinin qeyri-mumkun olduğunu numayiş etdirmir, əksinə belə hal ədalətli dəyərin muəyyənləşdirilməsinin bir hissəsini təşkil edir.

Əgər muəssisələrin birləşməsi nəticəsində əldə olunmuş qeyri-maddi aktivin istifadə muddəti məhdud olarsa, onda, təkzib edilməsi mumkun dərəcədə guman edilir ki, onun ədalətli dəyəri etibarlı əsasla qiymətləndirilə edilər.

Muəssisələrin birləşməsi nəticəsində əldə olunan qeyri-maddi aktiv yalnız ona aid оlan muvafiq maddi və ya qeyri-maddi aktiv ilə birlikdə ayrıla bilər. Belə olan halda, əgər qrup daxilində movcud olan aktivlərin fərdi ədalətli dəyərlərinin fərdi qaydada etibarlı əsasla qiymətləndirilməsi mumkun deyilsə, alıcı, aktivlər qrupunu qudvildən ayrı olaraq vahid aktiv kimi tanımalıdır.

Əgər bir-birini tamamlayan qeyri-maddi aktivlərin hər birinin ayrı-ayrılıqda ədalətli dəyəri etibarlı əsasla qiymətləndirilə bilərsə və eyni zamanda hər fərdi aktiv eyni istifadə muddətinə malik olarsa, alıcı onları vahid aktiv kimi tanıya bilər.

Muəssisələrin birləşməsi nəticəsində yaranan qeyri-maddi aktivin ədalətli dəyərinin etibarlı əsasla qiymətləndirilməsini qeyri-mumkun edən şərtlər qeyri-maddi aktivin qanunvericiliklə muəyyən edilmiş huquqlardan və ya digər muqavilə huquqlarından, eləcə də aşağıdakı hallardan irəli gəlməsidir:

  • aktivin umumi muəssisədən ayrılması mumkun deyil; və ya
  • ayrılması mumkundur, lakin həmin və ya oxşar aktivlərin mubadiləsi əməliyyatını əks etdirən və ya təsdiqləyən tarix və ya dəlil movcud

Fəal bazarda kvotalaşdırılmış muvafiq bazar qiymətləri qeyri-maddi aktivlərin ədalətli dəyərinin qiymətləndirilməsi ucun ən etibarlı zəmin yaradaraq, adətən muştərinin malı almaq ucun odəməyə hazır olduğu cari qiyməti ozundə əks etdirir.

Əgər təklifin cari qiyməti movcud deyilsə, bu zaman son oxşar əməliyyatın qiymətinə istinad edərək ədalətli dəyəri muəyyən etmək mumkundur. Bu halda əməliyyatın aparıldığı tarix ilə aktivin ədalətli dəyirinin qiymətləndirilməsi tarixi arasındakı muddət ərzində iqtisadi durumda ciddi dəyişikliklər baş verməməlidir. Əgər qeyri-maddi aktiv ucun fəal bazar movcud deyilsə, mustəqil, məlumatlı və bu sovdələşməni həyata kecirmək  niyyətində olan tərəflərin razılığına əsasən bu aktivin ədalətli dəyərlə əldə оlunduğu alış tarixində muəssisə tərəfindən ən yaхşı infоrmasiya əsasında odəniləcək məbləğdir. Bu məbləğin muəyyən edilməsi prоsesində muəssisə oxşar aktivlər ilə aparılmış son əməliyyatların nəticəsini araşdırmalıdır.Nadir novlu qeyri-maddi aktivlərin muntəzəm alışı və satışı ilə məşğul olan muəssisələr, onların ədalətli dəyərlərinin dolayı yolla qiymətləndirilməsi ucun onlara məxsus olan mutərəqqi usullardan istifadə edə bilərlər.

Əgər bu usulların məqsədi ədalətli dəyəri hesablamaq və aktivlərin məxsus olduğu sənayedəki cari əməliyyatları və təcrubələri əks etdirmək olarsa, bu usullardan muəssisələrin birləşməsindən əldə olunan qeyri-maddi aktivlərin ilkin qiymətləndirilməsi zamanı istifadə oluna bilər


Qudvil – müəssisələrin birləşdirilməsi zamanı yarana bilən xüsusi bir qeyri-maddi aktivdir. Bu aktiv ancaq konsolidə olunmuş (icmal) hesabatında əks olunur. Qudvil – törəmə müəssisəyə qoyulmuş investisiyasının ədalətli dəyəri və törəmə müəssisənin müəyyən edilə bilən xalis aktivlərin ədalətli dəyərində ana şirkətinin payı arasındakı fərqdir.

Müəssisələrin birləşməsi zamanı əldə edilmiş qeyri-maddi aktivə, ona aid müvafiq maddi və ya digər qeyri-maddi aktivin bir hissəsi kimi baxılırsa, bu zaman onun ayrıla bilən olması (və deməli, tanınma meyarlarına uyğunluğu) nümayiş etdirilə bilər. Əgər qrupa daxil olan hər bir aktivi fərdi qaydada etibarlı şəkildə qiymətləndirilmək mümkün deyildirsə, belə aktiv qrupu qudvildən ayrı vahid qeyri-maddi aktiv kimi tanınır.

Qeyri-maddi aktiv müqavilədən və ya hər-hansı digər hüquqi aktdan yaranırsa və ayrılan deyildirsə və ya ayrılandır, lakin belə və ya analoji mübadilə əməliyyatları barədə məlumat yoxdursa, bu halda  onun ədalətli dəyərin etibarlı şəkildə müəyyən edilməsi mümkün olmaya bilər.

  • Bəzi hallarda qeyri-maddi aktiv pulsuz alına və ya nominal dəyərlə hökumət subsidiyası hesabına (məsələn, aeroportda enmə hüququ, radio və televiziyaya lisenziya, idxal kvotası, ətraf mühitin çirkləndirilməsinə kvota) əvəzləşdirilə bilər.

Bu halda qeyri-maddi aktiv (debet müxabirləşməsi) və hökumət subsidiyası (kredit müxa- birləşməsi) ilkin olaraq ədalətli dəyərlə və ya maya dəyəri ilə (hansı ki, sıfıra bərabər ola bilər) yerinə yetirilə bilər. Bu iki dəyər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Bu halda qeyri-maddi aktivin və dövlət subsidiyasının amortizasiyası eyni qaydada aparılmalıdır, ona görə də seçilmiş üsul nə maliyyə nəticələrinə, nə də maliyyə vəziyyətinə təsir etmir (saldo sıfıra bərabər olur).

Əgər qeyri-maddi aktiv Hokumət subsidiyası hesabına əvəzsiz və ya nominal odənişlə əldə olunarsa, o zaman muəssisə “Hokumət subsidiyalarının ucotu və dovlət yardımı haqqında məlumatların acıqlanması uzrə” 17 №-li Milli Muhasibat Ucotu Standartına uyğun olaraq həm aktivi, həm də qrantı ilkin olaraq ədalətli dəyərlə tanımaq huququna malikdir.


Muəssisə qeyri-maddi aktivin ədalətli dəyərlə tanınmaması barədə qərar verdikdə, həmin aktiv, muəssisə tərəfindən “Hokumət subsidiyalarının ucotu və dovlət yardımı haqqında məlumatların acıqlanması uzrə” 17 №-li Milli Muhasibat Ucotu Standartının tələblərinə əsasən ilkin olaraq aktivin istifadəsi ilə bağlı hazır vəziyyətə gətirilməsi ucun bilavasitə çəkilən hər hansı məsrəflər daxil olmaqla nominal dəyərlə tanıyır.

  • Qeyri-pul aktivlə mübadilə əvəzində əldə edilmiş qeyri-maddi aktiv ədalətli dəyərlə qiymətləndirilir. Mübadilə əməliyyatı kommersiya mahiyyəti daşımadığı halda və ya nə alınmış, nə də verilmiş aktivin ədalətli dəyərini etibarlı şəkildə qiymətləndirmək mümkün olmadıqda əldə olunmuş qeyri-maddi aktiv əvəzinə verilmiş aktivin balans dəyərinə bərabər məbləğlə qiymətləndirilməlidir.Bu halda aktivin məxarici üzrə maliyyə nəticəsi (nə mənfəət, nə də zərər) Qeyri-maddi aktiv (aktivlər) qeyri-monetar aktivin (aktivlərin) və ya monetar və qeyrimonetar aktivlərdən ibarət olan aktivlərin mubadiləsi hesabına alına bilər. Aşağıdakı hallar istisna olmaqla bu aktivlərin ilkin dəyəri ədalətli dəyərlə qiymətləndirilir:
  • mubadilə əməliyyatı kommersiya məzmunlu olmadıqda; və
  • alınmış və ya verilmiş aktivin və ya aktivlərin ədalətli dəyərinin etibarlı əsasda muəyyənləşdirilməsi mumkun olmadıqda.Əgər alınmış aktivin (aktivlərin) ədalətli dəyərini muəyyən etmək mumkun deyilsə, bu zaman həmin aktiv (aktivlər) mubadilə nəticəsində təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyəri ilə qiymətləndirilməlidir. Lakin, əgər təhvil verilmiş aktivin (aktivlərin) də ədalətli dəyərini muəyyən etmək mumkun deyilsə, bu halda alınmış aktiv mubadilə nəticəsində təhvil verilmiş aktivin (aktivlərin) balans dəyəri ilə qiymətləndirilməlidir. Pul vəsaitləri və ya onların ekvivalentləri mubadilə əməliyyatının bir hissəsi kimi daxil edilərsə, bu onu gostərə bilər ki, mubadilə edilən aktivlərin ədalətli dəyərləri bərabər Mubadilə əməliyyatında ədalətli dəyərləri bərabər olan aktivlər iştirak edərsə, alınmış aktivin (aktivlərin) ilkin dəyəri təhvil verilmiş aktivin (aktivlərin) balans dəyərinə bərabər qiymətləndirilir.
    • Daxili imkanlar hesabına yaradılmış qudvil aktiv kimi tanınmamalıdır. Qudvil istənilən müəssisədə mövcud ola bilər, lakin onun aktiv kimi tanınmasına onun müəssisə tərəfindən nəzarət olunan və müəyyən edilən resurs olmaması (yəni ayrıla bilən deyil və müqavilə və ya digər hüquqi aktdan yaranmır) mane olur, onun maya dəyəri isə etibarlı əsasla qiymətləndirilə Müəssisənin alınması nəticəsində qudvil “kristallaşır” və aktiv kimi tanınaraq İFRS 3 “Biznesin birləşdirilməsi” MHBS-ya uyğun uçota alınır.

Daxili imkanlar hesabına yaradılmış qeyri-maddi aktivin tanınma meyarlarına (yəni gözlənilən gələcək iqtisadi səmərəni yaradacaq müəyyən edilə bilən aktivin  mövcud olması və belə aktivin dəyərinin etibarlı şəkildə müəyyən edilməsi) cavab verməsini müəyyən etmək bəzən çətin olur. Bəzi hallarda qeyri-maddi aktivin yaradılmasının dəyəri, müəssisənin daxili imkanlar hesabına yaradılmış qudvilin saxlanılmasına və ya güclən- dirilməsinə çəkilən xərclərdən, həmçinin təsərrüfat fəaliyyəti üçün çəkilmiş cari xərclərdən fərqləndirmək mümkün olmur.

Daxili imkanlar hesabına yaradılmış brendlər, ticarət markaları, qəzet başlıqları, nəşriyyat hüquqları, müştərilərin siyahısı və sair qeyri-maddi aktiv kimi tanınma meyarla- rına cavab vermir. Onlara çəkilən xərclər biznesin inkişafına çəkilən ümumi xərclərdən ayrıla bilməz.

Qeyri-maddi aktivlərin tanınması və ilkin qiymətləndirilməsi üçün mövcud tələblərə riayət olunmasından savayı, müəssisə öz daxili imkanları hesabına yaradılmış bütün qeyri- maddi aktivlərə əlavə meyarlar tətbiq etməlidir.

Qeyri-maddi aktivin yaradılma prosesi iki mərhələyə bölünür:

  • tədqiqat mərhələsi;
  • ondan sonra gələn “işlənilmə mərhələsi.

“Tədqiqat” termininə bu kontekstdə “Elmi-tədqiqat işləri”, “İşlənilmə” termininə isə “Təcrübə konstruktor işləri” uyğun gəlir. Əgər tədqiqat mərhələsi ilə işlənilmə mərhələsini bir layihə çərçivəsində ayırmaq mümkün deyildirsə, o zaman layihə tamamilə tədqiqat kimi baxılmalıdır və ona çəkilən bütün məsrəflər dövrün xərclərinə aid edilməlidir.

Tədqiqat mərhələsində müəssisə gələcək iqtisadi səmərə yaradacaq qeyri-maddi aktivin mövcudluğunu nümayiş etdirə bilmir. Tədqiqat üzrə məsrəflər yarandığı andan eti- barən xərc kimi uçota alınır. Tədqiqat fəaliyyətinə nümunə olaraq aşağıdakıları göstərmək olar:

  • yeni biliyin əldə edilməsinə yönəldilmiş fəaliyyət;
  • tədqiqat nəticələri və ya digər bilik üzrə axtarışlar, qiymətləndirmələr və yekun seçim;
  • material, qurğu, məhsul, proses, sistem və ya xidmətlər üzrə alternativlərin axtarışı;

– yeni və ya təkmilləşdirilmiş material, qurğu, məhsul, proses, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formalaşdırılması, düzəldilməsi, qiymətləndirilməsi və yekun seçimi.

İşlənib hazırlanmış qeyri-maddi aktivlər yalnız və yalnız müəssisə bütün aşağıda qeyd olunanları nümayiş etdirə bildiyində tanına bilər:

  • qeyri-maddi aktivin, istifadə və satış üçün yararlı olacaq haladək tamamlanmasının texniki cəhətdən mümkünlüyünü;
  • qeyri-maddi aktivin tamamlanması, həmçinin istifadəsi və satışı ilə bağlı niyyətini ;
  • qeyri-maddi aktivdən istifadə etmək və ya onu satmaq bacarığını;
  • qeyri-maddi aktivdən gələcək iqtisadi səmərəni necə əldə edəcəyini;
  • işlənilmə mərhələsinin başa çatdırılması, həmçinin qeyri-maddi aktivin istifadəsi və ya satışı üçün kifayət qədər texniki, maliyyə və digər resursların olması.
  • işlənilmə mərhələsində  qeyri-maddi  aktivə  aid  olan  məsrəflərin  etibarlı  şəkildə qiymətləndirilməsi .

İşlənib hazırlanma fəaliyyətinə nümunə olaraq aşağıdakıları göstərmək olar:

  • istehsaldan əvvəl nümunələrin və modellərin layihələndirilməsi, düzəldilməsi və sınaqdan çıxarılması;
  • yeni texnologiyadan istifadə etməklə alətlərin, şablonların, forma və ştampların layihələndirilməsi;
  • kommersiya istehsalı ilə məşğul olmaq üçün ölçülərinə görə iqtisadi cəhətdən real olmayan sınaq qurğusunun layihələndirilməsi, düzəldilməsi və istismarı ;
  • yeni və ya təkmilləşdirilmiş material, qurğu, məhsul, proses, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formalaşdırılması, düzəldilməsi, qiymətləndirilməsi və yekun seçimi.

Təcrübə-konstruktor işləri fazası Təcrubə-konstruktor işləri (və yaxud daxili layihənin təcrubə-konstruktor işləri fazası) zamanı yaranmış qeyri-maddi aktivlər muəssisə tərəfindən yalnız onun aşağıdakı şərtlərin təmin edilməsini numayiş etdirmək iqtidarında olduğu halda tanına bilər:

  • istifadə və ya satış ucun yararlı olması məqsədilə, qeyri-maddi aktivin tamamlanmasının texniki cəhətdən mumkunluyu;
  • istifadə və ya satış məqsədilə, qeyri-maddi aktivin yaradılmasının başa catdırılması ilə bağlı niyyətin olması;
  • muəssisənin qeyri-maddi aktivdən istifadə etməsi və ya satması bacarığı;
  • qeyri-maddi aktivin gələcək iqtisadi səmərə gətirəcəyi perspektivini gostərən amillərin movcudluğu;
  • istifadə və ya satış məqsədilə, qeyri-maddi aktivin yaradılmasının başa catdırılması ucun adekvat texniki, maliyyə və digər resursların movcud olması;
  • qeyri-maddi aktivin yaradılması zamanı ona aid edilə bilən məsrəflərin ədalətli əsasda qiymətləndirilməsi bacarığı.

Daxili imkanlar hesabına yaradılmış ticarət markaları, qəzet başlıqları, nəşriyyat huquqları, muştərilərin siyahısı və xarakter etibarı ilə oxşar digər obyektlər qeyrimaddi aktivlər kimi tanınmamalı və adı cəkilən obyektlərin yaradılması ilə bağlı məsrəflər əmələ gəldiyi  dovrdə xərc kimi tanınmalıdırQeyri-maddi aktivdən ehtimal olunan gələcək iqtisadi səmərənin yaranma usulunu numayiş etdirmək ucun, muəssisə “Aktivlərin qiymətdən duşməsi uzrə” 24 №-li Milli

Muhasibat Ucotu Standartına əsasən aktivdən əldə olunacaq iqtisadi səmərəni qiymətləndirməlidir. Əgər aktiv yalnız digər aktivlərlə birlikdə iqtisadi səmərəni yaradarsa, muəssisə “Aktivlərin qiymətdən duşməsi uzrə” 24 №-li Milli Muhasibat Ucotu Standartının tələblərinə uyğun olaraq pul vəsaiti yaradan vahidlər konsepsiyasını tətbiq etməlidir İlkin olaraq qeyri-maddi obyekt üzrə xərc kimi tanınmış məsrəflər (məsələn, kəşfiyyat mərhələsində silinmiş məsrəflər) sonrakı tarixdə qeyri-maddi aktivin dəyərinin bir hissəsi kimi tanınmamalıdır (layihə işlənilmə mərhələsindən çıxdıqdan sonra).

Müəssisələrin birləşməsi zamanı əldə edilmiş və davam edən ETTKİ layihəsi qeyri- maddi aktivin tanınma meyarlarına cavab verirsə və onun ədalətli dəyəri etibarlı şəkildə qiymətləndirilə bilərsə qudvildən ayrı tanınmalıdır. Bu halda tanınma meyarlarına ciddi əməl edilməsi tələb edilmir.

Daxili imkanlar hesabına yaradılmış qeyri-maddi aktivin ilkin dəyəri həmin aktivlərdən rəhbərlik tərəfindən nəzərdə tutulan qaydada istifadə etmək üçün onların yara- dılmasına, istehsalına və hazırlanmasına birbaşa aid olan bütün məsrəflərdən ibarətdir. Kapitallaşmalı məsrəflərə nümunə olaraq aşağıdakıları göstərmək olar:

  • istifadə olunmuş materiallar və xidmətlər üzrə məsrəflər;
  • işçilərlə bağlı əmək haqqı və sair xərclər ;
  • qanuni hüquqların qeydiyyat haqları;
  • işlənilmə mərhələsində istifadə edilmiş avadanlıqların amortizasiyası.

Aşağıda göstərilmiş komponentlər daxili imkanlar hesabına yaradılmış qeyri-maddi aktivin ilkin dəyərinə daxil deyildir:

  • satış, inzibati və digər ümumi qaimə üzrə məsrəflər;
  • aktivin planlaşdırılan şəkildə fəaliyyət göstərməsinə qədər çəkilmiş ilkin əməliyyat xərcləri və müəyyən edilmiş qeyri-effektivlik ;
  • əvvəllər xərclərə aid edilmiş məsrəflər (məsələn, kəşfiyyat mərhələsində);
  • aktivdən istifadə edəcək işçi heyətə keçirilən təlim xərcləri.

Gələcək iqtisadi səmərənin əldə edilməsi üçün çəkilmiş məsrəflər qeyri-maddi aktivin dəyərinə daxil edilə bilməz və yarandıqca xərc kimi tanınacaqdır. Belə xərc nümunələrinə aşağıdakılar daxildir:

  • tədqiqat üzrə məsrəflər;
  • yeni obyektlərin açılması xərcləri;
  • tam həcmli istehsalın başlanmasına qədər başlanğıc (sazlama) fəaliyyətlər üzrə məsrəflər (MHBS 16-ya əsasən əsas vəsaitlərin ilkin dəyərinə aid edilənlər istisna olmaq- la);
  • yeni hüquqi şəxsin yaradılması zamanı hüquqşünas və katibliyə çəkilmiş təsisedici məsrəflər;
  • müəssisənin və ya biznesin idarə edilməsi ilə bağlı işçilərin hazırlanması (təlimi) xərcləri;
  • reklam və məhsulun yayınlama xərcləri.

Qeyri-maddi aktivlərin tanınması və ilkin qiymətləndirilməsi ucun onun movcud tələblərə riayət olunmasından savayı, muəssisə oz daxili imkanları hesabına yaradılmış butun qeyri- maddi aktivlərə 45-52-ci maddələrdə oz əksini tapmış tələbləri və qaydaları tətbiq etməlidir.

Muəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin tanınma meyarlarına uyğun gəlməsini qiymətləndirmək məqsədilə qeyri-maddi aktivlərin yaradılması aşağıdakı mərhələlərdən ibarətdir:

  • tədqiqat fazası; və
  • təcrubə-konstruktor işləri fazası.

“Tədqiqat” və “təcrubə-konstruktor işləri” anlayışlarının muəyyən edilməsinə  baxmayaraq, “tədqiqat fazası” və “təcrubə-konstruktor işləri fazası” bu Standartın məqsədləri baxımından daha geniş anlayışa malikdir. Əgər muəssisə daxili imkanlar hesabına qeyri-maddi aktivi yaratmaq ucun layihənin tədqiqat fazasını təcrubə-konstruktor işləri fazasından fərqləndirə bilmirsə, bu zaman həmin layihə uzrə sərf olunmuş butun məsrəflər muəssisə tərəfindən yalnız tədqiqat fazasının məsrəfləri kimi hesab edilməlidir. İlkin dəyər yenidənqiymətləndirmə modeli

Müəssisə ilkin tanınmadan sonra qiymətləndirmə modeli kimi ilkin dəyər və ya yenidənqiymətləndirilmiş dəyər metodunu seçə bilər.

İlkin tanınmadan sonra qeyri-maddi aktiv hər hansı yığılmış amortizasiya və hər hansı yığılmış qiymətdən düşmə zərərləri çıxılmaqla özünün ilkin dəyəri ilə uçota alınmalıdır. Muəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin ilkin dəyəri-Bu

Standartın 22-ci maddəsinə əsasən muəssisənin daxili imkanları hesabına yaradılmış qeyri- maddi aktivin ilkin dəyəri hazırkı Standartın 20-ci, 21-ci və 48-ci maddələrində oz əksini tapmış qeyri-maddi aktivin tanınma meyarlarına cavab verdiyi tarixdən etibarən yaranmış məsrəflərin cəmindən ibarətdir.

Muəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin ilkin dəyəri, həmin aktivlərin muəssisə rəhbərlərinin planlaşdırdığı qaydada əməliyyat aparmağa qadir olması ucun onların yaradılmasına, istehsalına və hazırlanmasına zəruri olan butun birbaşa aid edilə bilən məsrəflərdən ibarətdir.

Yenidənqiymətləndirilmiş dəyər yenidənqiymətləndirmə tarixinə qeyri-maddi aktivin ədalətli dəyərindən hər hansı sonrakı yığılmış amortizasiya və hər hansı sonrakı yığılmış qiymətdən düşmə zərəri çıxılmaqla müəyyən edilir. Ədalətli dəyər fəal bazarın məlumatlarına istinad olunmaqla müəyyən edilməlidir.

Yenidənqiymətləndirmə elə sistematik ardıcıllıqla aparılmalıdır ki, qeyri-maddi aktivin hesabat tarixinə balans dəyəri onun ədalətli dəyərindən kəskin fərqlənməsin.

Yenidənqiymətləndirmə modeli

İlkin tanınmadan sonra qeyri-maddi aktiv, onun dəyərindən hər hansı yığılmış amortizasiya və qiymətdən duşmə zərərləri cıxılmaqla yenidənqiymətləndirmə tarixinə onun ədalətli dəyəri olan yenidənqiymətləndirmə dəyəri ilə təqdim

olunmalıdır. Bu Standart cərcivəsində, ədalətli dəyər yenidənqiymətləndirmə məqsədləri ucun fəal bazarın məlumatlarına istinadən muəyyən edilməlidir. Balans hesabatı təqdim olunduğu tarixə aktivin balans dəyərinin onun ədalətli dəyərindən kəskin fərqlənməməsi məqsədilə yenidənqiymətləndirmə kifayət qədər muntəzəm şəkildə həyata kecirilməlidir

Yenidənqiymətləndirmə modeli qeyri-maddi aktivin ilkin dəyəri ilə tanınmasından sonra tətbiq edilir. Əgər butun aktivin tanınma kriteriyasına uyğun gəlmədiyindən qeyri-maddi aktivin  ilkin dəyərinin yalnız bir hissəsi aktiv kimi tanınarsa, bu zaman butun aktivə yenidənqiymətləndirmə modeli tətbiq edilə bilər.

Qeyri-maddi aktiv yenidən qiymətləndirildikdə, yenidənqiymətləndirmə tarixinə olan hər hansı yığılmış amortizasiya aktivin umumi balans dəyərindən cıxılır və qalan xalis məbləğ aktivin yenidənqiymətləndirmə dəyərinə bərabər olması ucun yenidən hesablanır. Əgər fəal bazarın movcud olmaması səbəbindən, yenidənqiymətləndirilmiş qeyrimaddi aktivlər sinifindən olan hər hansı qeyri-maddi aktivin yenidən qiymətləndirilməsi mumkun deyilsə, bu zaman hər hansı yığılmış amortizasiya və qiymətdən duşmə zərərləri cıxılmaq şərtilə, həmin aktiv ilkin dəyərlə gostərilməlidir.

Əgər yenidənqiymətləndirilmiş qeyri-maddi aktivin ədalətli dəyərini fəal bazarın məlumatlarına əsasən muəyyənləşdirmək mumkun deyilsə, bu zaman, aktivin balans dəyəri onun hər hansı sonrakı muddətlərdə yığılmış amortizasiya və qiymətdən duşmə zərərləri cıxılmaq şərtilə fəal bazarın məlumatları əsasında aparılmış son yenidənqiymətləndirmə tarixinə olan yenidənqiymətləndirilmiş dəyəri olmalıdır. Yenidən qiymətləndirilmiş qeyri- maddi aktiv ucun fəal bazarın movcud olmaması faktı həmin aktivin qiymətdən duşməsi ehtimalına işarə edə bilər. Belə hal baş verdikdə, qeyri-maddi aktivin qiymətdən duşməsi səviyyəsini “Aktivlərin qiymətdənduşməsi uzrə” 24 №-li Milli Muhasibat Ucotu Standartına uyğun olaraq muəyyən etmək lazımdır.

Əgər aktivin ədalətli dəyərini novbəti qiymətləndirmə tarixində fəal bazarın məlumatlarına əsaslanaraq muəyyənləşdirmək mumkun olarsa, yenidənqiymətləndirmə modeli bu tarixdən etibarən tətbiq edilməlidir.Əgər yenidənqiymətləndirmə nəticəsində qeyri-maddi aktivin  balans dəyəri artarsa, onda bu artım yenidənqiymətləndirmə artımı başlığı altında kapitalın kredit hissəsinə yazılmalıdır.Lakin, əgər bu aktiv bundan əvvəl yenidən qiymətləndirilmişdirsə və onun nəticəsində həmin aktiv uzrə balans dəyərinin azalması mənfəət və zərər haqqında hesabatda tanınmışdırsa, bu zaman, hər hansı sonrakı yenidən qiymətləndirmə artımı mənfəət və zərər haqqında hesabatda yalnız əvvəlki yenidənqiymətləndirmə azalması muqabilində tanına bilər.


Əvvəlki azalmalarla əvəzləşdikdən sonra yerdə qalan hər hansı yenidənqiymətləndirmə artımı birbaşa yenidənqiymətləndirmə artımı başlığı altında kapitalın kreditinə yazılmalıdır.Əgər yenidənqiymətləndirmə nəticəsində qeyri-maddi aktivin balans dəyəri azalarsa, bu zaman həmin azalma mənfəət və zərər haqqında hesabatda tanınmalıdır. Lakin, əgər əvvəlki  tarixlərdə aparılan yenidən qiymətləndirmə nəticəsində hər hansı yenidənqiymətləndirmə artımı yaranmışsa və o artım yenidənqiymətləndirmə başlığı altında kapitalın kreditinə yazılmışsa, hər hansı novtəbi hesabat tarixində yaranan azalma yenidənqiymətləndirmə hesabının kredit qalığı muqabilində həmin hesabın debitinə yazılmalıdır.

Muvafiq başlıq altında kapitala daxil edilmiş yığılmış yenidənqiymətləndirmə artımı, qeyri-maddi aktivin tanınmasının dayandırılması və ya onun satışı zamanı boluşdurulməmiş mənfəətə kocurulə bilər.

Lakin, buna baxmayaraq, artımın bir hissəsi muəssisə tərəfindən aktivin istifadə olunması zamanı da boluşdurulməmiş mənfəətə kocurulə bilər; belə olan halda, boluşdurulməmiş mənfəətə kocurulmuş artımın məbləği aktivin yenidən qiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiyası ilə aktivin ilkin dəyəri əsasında tanınan  amortizasiyası arasındakı fərqi təşkil edir. Yenidənqiymətləndirmə artımından boluşdurulməmiş mənfəətə kocurmələr mənfəət və zərər haqqında hesabatda əks etdirilmir.Qeyri-maddi aktivin faydalı istifadə müddəti məhdud olub-olmaması ilə  müəyyən edilməlidir. Faydalı istifadə müddətinin məhdud olması vaxt aralığı və ya  istehsal olunan məhsulun miqdarı ilə müəyyən edilməlidir. Məhdud faydalı istifadə müddətinə malik qeyri-maddi aktiv amortizasiya olunmalıdır. “Qeyri-müəyyən” faydalı istifadə müddəti “Müddətsiz” demək deyil. Əgər aktivin istifadəsindən gözlənilən xalis pul vəsaitlərinin axınının daxil olacağı istifadə müddəti üçün səddi müəyyən etmək mümkün deyildirsə faydalı istifadə müddəti qeyri-müəyyən hesab edilir. Bu qiymətləndirmə bütün müvafiq faktorları nəzərə almalıdır. Qeyri-müəyyən istifadə müddətli qeyri-maddi aktiv üçün amortizasiya hesablanmır.

FAYDALI İSTİFADƏ MUDDƏTİ -Muəssisə qeyri-maddi aktivin faydalı istifadə muddətinin məhdud və ya qeyrimuəyyən olduğunu qiymətləndirməlidir. Bu muddət məhdud olduqda, onun faydalı istifadə muddətini və ya bu muddəti təşkil edən istehsal və ya oxşar vahidlərin sayı (həcmi) muəyyənləşdirilməlidir. Aktivin muəssisə ucun xalis pul vəsaitinin axınını təmin edəcəyi muddət hududlarını əvvəlcədən ehtimal etmək mumkun olmadığı halda, muəssisə qeyri-maddi aktivi faydalı istifadə muddəti qeyri-muəyyən olan aktiv kimi nəzərə almalıdır.

Qeyri-maddi aktivin ucotu onun faydalı istifadə muddəti əsasında aparılır. Faydalı istifadə muddəti məhdud olan qeyri-maddi aktiv amortizasiya edilirsə, faydalı istifadə muddəti qeyri-muəyyən olan qeyri-maddi aktiv amortizasiya edilmir.Qeyri-maddi aktivin faydalı istifadə muddətinin qeyri-muəyyən olması haqqında cıxarılan nəticə aktivin işlək vəziyyətdə saxlanılması ucun tələb olunan məsrəflər səviyyəsindən artıq proqnozlaşdırılmış gələcək məsrəflərdən asılı olmalı deyil.

Qeyri-maddi aktivlərin faydalı istifadə müddətini müəyyənləşdirmək üçün nəzərə alınmalı faktorlar:

  • müəssisə tərəfindən aktivin gözlənilən istifadəsi;
  • analoji aktivlər üçün səciyyəvi istifadə müddətləri;
  • eyni üsullarla istifadə olunan oxşar aktivlərin istifadə müddətinin hesablanmasına dair məlumat;
    • dəyişikliklər və ya istehsalın təkmilləşdirilməsi və ya aktivdən əldə edilən mallara, xidmətlərə bazar tələbatının dəyişməsi nəticəsində texniki köhnəlmə;
    • mövcud və ya mümkün rəqiblərin gözlənilən hərəkətləri.

Məsələn, kompüter proqram təminatı texniki köhnəlməyə daha tez məruz qalır və buna görə də qısa istifadə müddətinə malik olur.

Qeyri-maddi aktivin amortizasiya olunan məbləği sistematik əsasla hesablanmış istifadə müddəti ərzində bölüşdürülməlidir. Amortizasiyanın hesablanması aktiv istifadəyə hazır olduğu andan başlayır. Yəni, aktiv istifadə olunacağı güman edilən yerə və təyinatı üzrə istifadəyə hazır vəziyyətə gətirildikdən sonra amortizasiya hesablanır.


Amortizasiyanın hesablanması aşağıdakı tarixlərdən ən erkən olanında dayandırılır:

  • aktiv MHBS (İFRS) 5 “satış üçün saxlanılan dövriyyədən kənar aktivlər və dayandırılmış fəaliyyətlər” standartına uyğun olaraq satış üçün saxlanılan kimi təsnif edil- diyi andan;
  • aktiv kimi tanınma dayandırıldıqdan

Qeyri-maddi aktiv müvəqqəti olaraq istifadə edilmirsə və əgər tam amortizasiya olunmamışdırsa, amortizasiyanın hesablanması dayandırılmır.

Tətbiq edilən amortizasiyanın hesablanma metodu müəssisənin iqtisadi səmərə əldə etmək üçün aktivdən istifadə qaydasını əks etdirməlidir. Əgər belə metod etibarlı şəkildə müəyyən edilə bilməzsə, o zaman düzxətli metoddan istifadə edilir.

Qudvil, qeyri-müəyyən faydalı istifadə müddətinə malik olan və hazırlanma mərhələsində olan qeyri-maddi aktivlər amortizasiya olunmur. Onlar hər il məcburi qayda- da (yəni qiymətdəndüşmə faktorlarının olub – olmamasından asılı olmayaraq) qiymətdən düşməyə testləşdirilməlidir.

Son baş vermiş hadisələr və şəraiti nəzərə alaraq faydalı istifadə müddətinə hər dövrdə baxılır ki, onun qeyri – müəyyən olub-olmaması müəyyənləşdirilsin.

Print Friendly, PDF & Email