Ölkədə qeyri-yaşayış sahələri üçün ödənilən əmlak vergisinin artırılması təklif olunub.
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında belə bir təkliflə çıxış edib.
O qeyd edib ki, bu təklifin reallaşması fərdlərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək:
“Məsələn, Nərimanovda ərazisi 1000 kv/metr olan obyektin sahibinə 25 min manat icarə haqqı ödənilir. Bələdiyyələrə isə ildə bir dəfə cəmi 500 manat ödəniş edilir. Ona görə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu addım bələdiyyələrə də əlavə dəstək olar”.
Mənbə: report.az
