fbpx

Quş ətinin idxalı yoxsa satışı ƏDV-dən azaddır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

maya dəyəri, ƏDV öhdəlikləri, ƏDV əməliyyatları, ƏDV ödəyicisi,, Əlavə dəyər vergisi, kənd təsərrüfatı, ƏDV-dən azad,Sual: AR VM-nin 164.1.37-ci maddəsinə əsasən quş ətinin satışı əlavə dəyər vergisindən azaddır. İşlədiyim müəssisə idxal olunmuş quş ətini onu idxal edən təchizatçıdan ƏDV-li qiymətlə alır. Sualım budur ki, işlədiyim müəssisə bu quş ətini əlavə dəyər vergisinə cəlb etmədən satmalıdır, yoxsa ƏDV-yə cəlb etməlidir? Ümumiyyətlə, sözügedən maddə Azərbaycan istehsalı olan quş ətinə aiddir? (Quş ətinin idxalı)

Cavab: Bildiririk ki, quş ətinin satışı 01.01.2017-ci il tarixdən 3 il ərzində əlavə dəyər vergisindən azad edilmişdir və müraciətinizdə qeyd olunan müəssisənin quş ətinin satışından əldə etdiyi gəlirlər ƏDV-dən azaddır.

Lakin quş ətinin idxalı əlavə dəyər vergisindən azad edilmədiyi üçün həmin məhsulların idxalı ƏDV-nin vergitutma obyekti hesab olunur.

Müəssisənin ödədiyi əlavə dəyər vergisini əvəzləşdirmək hüququ olmadığı üçün əvəzləşdirilə bilməyən əlavə dəyər vergisi məbləği məhsulun maya dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 159.8-ci maddəsinin müddəalarına əsasən, əlavə dəyər vergisindən azad edilən, lakin əlavə dəyər vergisi tətbiq etməklə aparılan əməliyyatlar əlavə dəyər vergisinin vergitutma obyekti sayılır.

Əsas: Vergi Məcəlləsinin 159.8-ci  və 164.1.37-ci maddələri.

Mənbə: taxes.gov.az

Bax:


Print Friendly, PDF & Email
error: Content is protected !!