Riskli vergi ödəyicilərinə növbədənkənar səyyar vergi yoxlaması açılacaq?
Sual: Müəssisəmiz riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?
Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır. Eyni zamanda, Vergi Məcəlləsinin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır.
Həmçinin, Vergi Məcəlləsinin 87.3-1-ci maddəsinə əsasən, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.
Əsas: Vergi Məcəlləsi, 38.3.8-1-ci, 50.2.5-ci, 83,7-ci, 87.3-1 və 89.3-cü maddələr.
Mənbə: taxes.gov.az
səyyar vergi yoxlaması,səyyar vergi yoxlaması,səyyar vergi yoxlaması
Bax:
Qeyri-rezidentə ödənilən üzvlük haqlarında ƏDV hesablanmalıdır?
102.2.5 maddəsindəki güzəşt üçün hansı sənədlər tələb edilir?
Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?
Hüquqi şəxsin təsisçisi eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərə bilər?
Hədiyyə kartları vergiyə necə cəlb edilir?
Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?
Əvəzləşdirilməyən əlavə dəyər vergisi xərc kimi nəzərə alınırmı?
QSC təsisçisinin ÖMV-dən azad olması hüquqi yoxsa fiziki şəxslərə aiddir?
Bu xidmət fəaliyyəti zamanı NKA qoyulmalıdır yoxsa Mədaxil qəbzi verilməlidir?