Ruslar rublun ucuzlaşmasından bəhrələnməyə başlayıblar

posted in: Xəbər | 0
birbank biznes

Rusiyalılar rublun ucuzlaşmasından  yararlanaraq, valyuta bazarında əməliyyat sayını xeyli artırıblar. Bu haqda forex-dilerlər Assosiasiyasının xəbərlərində məlumat verilir ki, həmin məlumatı RBK saytı yayıb.

Təşkilatdan verilən məlumata görə, 2020-ci ilin ilk üç ayı ərzində Rusiya valyuta dilerləri, 2019-cu ilin dördüncü rübündəki 1,3 trilyon rubl dövriyyə ilə 430 min əməliyyata qarşı, ümumi dövriyyəsi 1,6 trilyon rubl təşkil edən 724 min əməliyyat həyata keçiriblər. Bu isə sözügedən dövrlə müqayisədə əməliyyatların sayında 294 min artım olduğunu göstərir.

2020-ci ilin əvvəlində bazarda aktiv iştirakçıların sayı 3222 nəfərə çatıb. 2019-cu ilin son rübündə isə həmin bazarda aktivlik göstərənlərin sayı 2398 nəfər olub. Assosiasiyasının rəhbəri Yevgeniy Maşarovun sözlərinə görə, OPEK+ sövdələşməsinin iflasa uğraması fonunda neftin qiymətinin kəskin ucuzlaşmasından sonra başlayan valyuta bazarında dəyişkənlik müştərilərin fəallaşmasına başlıca səbəb olub.

Birjada müştəriləri üçün vasitəçi rolunu oynayan brokerlərdən fərqli olaraq, forex dilerləri öz adlarından və öz hesablarına əməliyyatlar bağlayırlar və komissiya ödəmirlər. Müştərinin qazancı və ya itkisi uğurlu və ya uğursuz əməliyyatlar hesabına formalaşır. Eyni zamanda, Forex bazarındakı əməliyyatlar valyutanın tədarükünü təmin etmir – əsas aktivlərin valyuta məzənnələrinin hamısı fyuçers və opsionlarla aparılır.

Yanvar ayında Rusiyanın iki böyük birjasında – Moskva və Sankt-Peterburqda müştərilərin rekord axını qeydə alınmışdı. O vaxt bu, bir çox hesabın avtomatik açılması və gələcəkdə istifadə edilməməsi ilə izah edilmişdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email