Rusiya Bankının tarixi 


Rusiya Federasiyasının Mərkəzi bankı – ölkənin əsas emissiya və pul-kredit tənzimləyicisidir.

1860-cı ildə Rusiya imperatoru II Aleksandr Dövlət bankının yaradılması haqqında fərman imzalayıb. Rusiya Bankının tarixi bax, belə başlayıb.

İlk illərdə Dövlət bankı əsasən qısamüddətli kommersiya kreditləşməsi ilə məşğul olmuşdur. Ancaq tarixi hadisələr öz düzəlişlərini etdi. 1920-ci illərdə bank ölkənin maliyyə sisteminin canlanmasında və əmtəə-pul münasibətlərinin inkişafında fəal iştirak etdi. Birinci və İkinci Dünya müharibələrinin çətin illərində onun fəaliyyəti hərbi xərcləri ödəmək, qoşunları və əhalini pulla təmin etmək üzərində qurulmuşdu. Sovet ittifaqında Dövlət bankı iqtisadiyyatın planlı kreditləşdirilməsi orqanı idi. Nağd pul buraxırdı, beynəlxalq hesablaşmaları aparırdı. Ölkə üçün mürəkkəb olan 1990-cı illərdə bank iqtisadiyyatın sabitliyinin qorunması üçün əlindən gələni etmiş, valyuta tənzimlənməsi və nəzarət sistemini yaratmışdı.

Ənənələrə riayət edərək və fəal şəkildə innovasiyaları tətbiq edərək, bu gün Rusiya bankı ölkənin bütün maliyyə sisteminin sabitliyinə görə məsuliyyət daşıyan yüksək texnologiyalı meqa tənzimləyicidir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email