Rusiyada iki milyon işçi çatışmazlığı yaşanır

posted in: Xəbər | 0

bank əmanətləri, Dördgünlük iş həftəsi, dördgünlük iş həftəsi, sənaye, vergi, işsiz, pensiya yaşı, əmək haqqı, Dördgünlük iş həftəsinin çatışmazlıqları,Yaxın aylarda əmək miqrantlarının Rusiyaya gəlişinin sadələşdirilməsi nəzərdə tutulur. Hazırda onların çatışmazlığı milyonlarla ölçülür. Bu haqa baş nazirin müavini Marat Husnullin “Instagram”da birbaşa efir zamanı bildirib.

Husnullin bu qərarı tikintilərdə işçi qüvvəsinin çatışmazlığı ilə əlaqələndirib. Onun məlumatına görə, indi Rusiyada tikinti sahəsində 1,5-2 milyon işçi çatışmazlığı hökm sürür. “Məsələni həll etməyə çalışırıq. Hazırda işçi sayının çatışmazlığı fəlakətli səviyyədədir. Düşünürəm ki, yaxın ay ərzində tikintilərə işçilərin gətirilməsi prosedurunu sadələşdirəcəyik”, – baş nazirin müavini belə söyləyib.

Husnullin həmçinin qeyd edib ki, hazırda Rusiya postkovid bumu səbəbindən inşaat inflyasiyasının artımını yaşayır və bu səbəbdən qiymətlər yalnız artmaqda davam edəcək.

Bundan əvvəl bildirilirdi ki, Tikinti Nazirliyi miqrantların ölkəyə gətirilməsinin daha ucuz üsulunu açıqlayıb. Nazirlik əmək miqrantlarının Rusiyaya çarter qatarları ilə gətirilməsi imkanını nəzərdən keçirir – bu üsulun köməyi ilə bir dəfəyə min nəfərə yaxın adam çatdırmaq olar.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *