Rusiyalılar tarixdə rekord məbləğdə kredit götürüblər

posted in: Xəbər | 0
birbank biznes

Rusiyada verilən istehlak kreditlərinin həcmi 2020-ci ilin dekabr ayında 516 milyard rublu  (7 milyard 10 milyon ABŞ dolları) aşıb ki, bu da bütün müşahidə tarixi ərzində rekord göstərici olub. Bu göstərici ildə 4 faiz artmışdır. Bu barədə Birləşmiş kredit bürosuna istinadən “Kommersant” nəşri yazıb.

Kreditin orta məbləği də maksimum 355 min rubla (4823 ABŞ dolları) çataraq, maksimumu yeniləyib. Keçən ilin dekabr ayı ilə müqayisədə orta çek 12 faiz artıb. Ekspertlər qeyd edirlər ki, təxirə salınmış tələbat, bayramdan əvvəlki satışların mövsümi faktoru və aşağı faiz dərəcələri artıma təsir göstərib.

Lakin verilmiş kreditlərin sayı il ərzində 9 faiz azalıb. 2021-ci ildə bazar iştirakçıları iqtisadi vəziyyət yaxşılaşdıqca və əhalinin gəlirləri artdıqca istehlak kreditləşməsinin bərpasına ümid edirlər.

Bundan əvvəl NAFİ-nin (maliyyə tədqiqatları üzrə milli agentlik) araşdırması göstərib ki, rusların üçdə biri krediti banka qaytarmamağa hazırdır. Amma qohum və ya tanışdan götürülən borcun qaytarılmamasını pisləyirlər. Ölkədə ötən il ərzində kreditlər üzrə qərəzli borcalanların sayı 2,1 milyon nəfər artıb və 11,7 milyona çatıb. Rusiyalılar pandemiya dövründə borclarını qaytarmağa pul tapmayıblar. 2020 – ci ildə 119 mindən çox Rusiya vətəndaşı və fərdi sahibkar iflas olduqlarını bəyan ediblər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email