Maliyyə naziri Samir Şərifova yeni səlahiyyət verilib

posted in: Maliyyə, Xəbər | 0

audit, əmr, Maliyyə Naziri, Koronavirus, Maliyyə Nazirliyi, QHT, Maliyyə Nazirliyi, Mühasibat uçotu qaydası, maliyyə,kadr, struktur, Maliyyə Maliyyə Nazirliyi vergi gömrükAzərbaycanın Maliyyə naziri Samir Şərifova yeni səlahiyyət verilib.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərarında öz əksini tapıb.

Qərara əsasən, Çərçivə Zəmanət Sazişini Azərbaycan hökuməti adından imzalamaq səlahiyyəti Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilib.

Qeyd edək ki, “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.

Eyni zamanda, “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” da təsdiqlənib.

Birinci qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilib. Müəyyən edilib ki, dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir.

Xatrıladaq ki, birinci qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *