Kimlərə şəhid ailəsi kimi vergi güzəşti tətbiq olunur?

posted in: Xəbər | 0

Vergi Məcəlləsindəvergi güzəşti, qeyri-maddi aktivlər, Gəlirdən çıxılan xərclər edilmiş dəyişikliyə əsasən, şəhid ailələrinə münasibətdə vergi güzəşti nəzərdə tutulub. Atam 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. Mən dövlət qulluqçusuyam. Bilmək istərdim, yuxarıda qeyd olunanlar nəzərə alınaraq əməkhaqqıma münasibətdə hər hansı azadolma tətbiq edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Beləliklə, muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinizə 800 manat məbləğində azadolma tətbiq ediləcək.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

Biznes hesabi

Mənbə: vergiler.az