Sual: Mən öz şəxsi avtomobilimlə mağaza və bazarlardan kənarda (səyyari qaydada) ərzaq məhsulları sataraq pərakəndə ticarətlə məşğul oluram. Mən fərqlənmə nişanı və ya xüsusi fərqlənmə nişanı almalıyammı? (satış)
Cavab: Bildiririk ki, şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” almalıdır.
“Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyicilərinin müraciətindən sonra beş iş günü ərzində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və bunun alınması üçün hər hansı haqq ödənilmir.
Əsas: Vergi Məcəlləsinin 221.4.9-cu maddəsi.
Mənbə: taxes.gov.az
Bax:
-
Hüquqi şəxsin təsisçisi eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərə bilər?
-
Hədiyyə kartları vergiyə necə cəlb edilir?
-
Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?
-
Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?
-
İcarə zamanı təmir xərclərini hansı halda gəlirdən çıxmaq olar?
-
Əvəzləşdirilməyən əlavə dəyər vergisi xərc kimi nəzərə alınırmı?
-
MDSS hesabatında Orta Siyahı sayı sətrində hansı dövr üçün işçilərin sayı göstərilir?
-
Vergi Məcəlləsinin 168-ci maddəsində güzəşt edilməsi dedikdə nə nəzərdə tutulur?