Qənaətə doğru ilk addımlar. Şəxsi büdcəni necə planlaşdırmalı? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

maliyyəQənaətə doğru ilk addım – bu, büdcənin savadlı planlaşdırılmasıdır. Onsuz arxaya nə vaxt, nə nə qədər pul saxlamaq lazım olduğunu anlamaq çətindir. Bəs nədən başlamalı? (şəxsi büdcə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun

Üçüncü addım: “pul kisələrinin” yaradılması

İstənilən bankın mobil əlavəsində əmanət və ya “hədəf” aça bilərsiniz. Bu maliyyə aləti həm çıxarıla, həm də doldurula bilər, yəni, ora həm pul qoymaq, həm də oradan pul çəkmək olar.

Əvvəlcədən pula qənaət etməli olduğunuz məcburi xərclər və orta müddətli xərclər üçün “hədəflər” yaradın. Misal üçün, “məzuniyyət”, “vergilər”, “avtomobilin texniki baxışı üçün” və digər.

Dördüncü addım: məcburi yığımlar

Hər ay uzun müddətli məqsədlər üçün pul qoymaq – faydalı bir vərdişdir.

“Sizin nə qədər qazandığınız vacib deyil, mühüm olanı sizin arxaya pul atıb-atmamanızdır. Heç vaxt nə zamansa daha çox qazanacağınızı və yalnız bundan sonra pul toplamaq lazım olması barədə düşünməyin. Bizim nə qədər qazanacağımızdan asılı olmayaraq, məsrəflərimiz həmişə gəlirlərimizi ötüb keçir. Əgər siz bunu indi etməyi öyrənsəniz, onda əmək haqqınız və ya ümumilikdə gəlirləriniz artdığı zamanda pul yığımını daha effektiv şəkildə həyata keçirə biləcəksiniz. Qorxursunuz ki, bunu daimi əsasda edə bilməyəcəksiniz? Qorxulardan xilas olun, siz heç olmasa bir neçə ay ərzində bunu sınaqdan keçirin. Siz minimum heç nə itirməyəcəksiniz, maksimum isə öz ehtiyaclarınızdan ötrü müəyyən məbləğdə pul toplaya biləcəksiniz”, – Anna Zaikina belə məsləhət edir.

3-cü hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
şəxsi büdcə
Print Friendly, PDF & Email