Azərbaycanda sığortaolunanların sayı 5,4 milyona çatıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 71 668 nəfər artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, bu ilin iyulun 1-nə uçota alınmış sığortaolunanların sayı 5 399 765 nəfər olub.

Mənbə: report.az

Mühasibat xidmətləri

Vergi islahatlarının iqtisadi fəallığın təşviqində rolu: mühüm göstəricilər