Əmək məcəlləsində sınaq müddəti ilə bağlı dəyişiklik edilib

posted in: Xəbər | 0

1.2. 51-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.”;

Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində sınaq müddətinə dair norma müəyyənləşib. Bu, Prezident İlham Əliyevin 18 Noyabr tarixində təsdiqlədiyi Əmək Məcəlləsində edilən dəyişiklikdə əksini tapıb.

Əmək Məcəlləsinə əsasən, sınaq müddəti müəyyən edilməyən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla biləcək.

Biznes hesabi

Qeyd edək ki, Əmək Məcəlləsinə görə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

Mənbə: apa.az