Son haqq-hesab zamanı işəgötürənin öhdəlikləri

posted in: Xəbər | 0
birbank biznes

Son haqq-hesabMövcud qanunvericiliyə əsasən əmək müqaviləsinə xitamın bir neçə əsası olsa da, işəgötürənin xitam zamanı son haqq-hesabdan irəli gələn öhdəlikləri dəyişilməz qalır. Belə ki, işəgötürən son haqq-hesab zamanı həyata keçirəcəyi prosedurların doğruluğuna görə məsuliyyət daşıdığı üçün bu prosedurların dəqiqləşdirilməsi zəruridir.

  • Əmək müqaviləsinin xitamı barədə əmrin surəti ilə işçini tanış etdirməlidir;
  • Müqaviləyə işçinin təşəbbüsü ilə xitam verilməsi halında işəgötürən yeni işçi cəlb etmə barədə işçini məlumatlandırmalıdır. Əks halda müqavilənin xitamı gününədək işçi ərizə ilə müraciət edib, işinə bərpa olunmalıdır;
  • İşəgötürənin təşəbbüsü ilə əmək vəzifələrinin kobud pozuntusu əsası üzrə müqaviləyə xitam verilərkən bu pozuntu və onun işəgötürənə vurduğu zərərin əsaslandırılması təmin edilməlidir;
  • Əmək müqaviləsi müddətli xarakter daşıdığı halda, müddətin bitməsindən sonrakı 1 həftə ərzində işçiyə yazılı qaydada müqavilənin xitamı barədə bildiriş verməlidir;
  • Əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçası işçiyə verilməlidir. Əks halda işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir;
  • Xitam zamanı işçinin işlədiyi günlərə görə aylıq əmək haqqı, istifadə etmədiyi məzuniyyətə görə orta aylıq əmək haqqı hesablanmaqla müqavilənin xitamı günü – sonuncu iş günü ödənişlər həyata keçirilməlidir;
  • İşəgötürənlər iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər. Elektron-informasiya sistemində müqavilənin xitamı ilə bağlı düzəlişlərin qeyd edilməməsi müvafiq məsuliyyət tədbirlərinin tətbiqinə səbəb olur.

Məhkəmə iclasında cərimələnməmək üçün bunları bilmək lazımdır


Print Friendly, PDF & Email