Tacikistan prezidenti iki illik ərzaq ehtiyatı toplamağı əmr edib

posted in: Xəbər | 0
birbank biznes

Tacikistan prezidenti iki illik ərzaq ehtiyatı toplamağı əmr edib

Tacikistan prezidenti Emomoli Rahmon koronavirusun yayılmasının qarşısını almaq üçün sanitariya-gigiyenik tədbirlərin gücləndirilməsini və “hər bir ailə üçün qida məhsullarının iki illik tədarükünü təmin etməyi” tapşırıb. O, respublika hökumətinin növbədənkənar iclasında belə göstərişlər verib, dövlət başçısının mətbuat-xidməti bu haqda xəbər yayıb.

İclasda müzakirə olunan əsas məsələlər dünya böhranının ölkə iqtisadiyyatına təsirinin azaldılması, respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi və COVİD-19 xəstəliyi ilə bağlı planetdəki vəziyyət olub.

Prezident əhali arasında yaşayış yerlərinin təmizliyinə və şəxsi gigiyena qaydalarına riayət olunmasına dair izahat işlərini genişləndirməyi tələb edib.

Sənaye və Kənd Təsərrüfatı Nazirliyinə Rahmon ilkin tələbat məhsullarının — un, bitki yağı, düyü məhsullarının istehsalını və tədarükünü artırmağı və daxili bazarı öz istehsalı ilə təmin etməyi tapşırıb.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Rahmon Sənaye Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə əsas məhsulların –  un, bitki yağı, düyü istehsalını artırmağı, onların ehtiyatını yaratmağı və daxili bazarı öz istehsal etdiyi məhsullarla təmin etməyi tapşırıb. Bundan ötrü kənd təsərrüfatı sahəsindən olan strukturlar kartof, dənli bitkilər, qarğıdalı və digər bitkilərin əkininin artmasını təmin etməlidir.

Dövlət başçısı məmurlara göstəriş verib ki, onlar əhalinin öz şəxsi həyətyanı təsərrüfatlarında istixanalar yaratmaq, o cümlədən əkin-biçin işlərini vaxtında yerinə yetirmək və il ərzində üç-dörd dəfə məhsul almaq üçün səylər göstərmək barədə tövsiyələrini çatdırsın. Antinhisar xidmətindən isə Rahmon ərzaq məhsullarının, xüsusən də vacib məhsulların qiymətinin süni şəkildə qaldırılmamasını tələb edib.

Hökumətə həmçinin iqtisadiyyatın zəif sahələrinin, kiçik və orta sahibkarlığın və əhalinin ayrı-ayrı təbəqələrinin dəstəklənməsi üçün kredit-vergi güzəştlərinin hazırlanması tapşırılıb. Rəhmon büdcə vəsaitlərindən qənaətlə istifadə etməyi və məqsədsiz xərclərə yol verməməyi tapşırıb.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email