Tədbirlər Planı ölkədə biznesin gələcək inkişafı üçün etibarlı stimul yaradır

posted in: Xəbər | 0
birbank biznes

Tədbirlər Planı ölkədə biznesin gələcək inkişafı üçün etibarlı stimul yaradır


xarici müəssisə, xarici müəssisələrin sayı,Prezident İlham Əliyevin “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramların hazırlanmasını və icra edilməsini biznes ictimaiyyəti böyük razılıqla qarşılayıb.

Bəşir Yusifov, “Forella” MMC-nin maliyyə direktoru: “Pandemiyanın mənfi təsirini hiss edən sahələrdən biri də mebel sektorudur. Əsas çətinliyimiz mebel mağazalarının bağlanması və satışın, demək olar ki, sıfıra düşməsi ilə bağlıdır. Onlayn satış mebel sektoru üçün o qədər praktik deyil və bizim ölkədə geniş yayılmamışdır. Karantin müddəti uzandıqca istehsal gücü get-gedə azaldılmağa davam edir, artıq anbarlar məhsullarla doludur.

Koronavirusa görə mebel ixracı da dayanıb. ABŞ, Qırğızıstan, Gürcüstan, Rusiya ilə ixracla bağlı müqavilələrimiz var. İndi bütün ölkələr karantin rejimindədir. Tələbat azaldığı üçün, təbii ki, biz də istehsalı müəyyən qədər azaltmışıq. Lakin, işlərimiz azalsa da, işçiləri ixtisar etməmişik. Onların hər biri ilə görüşüb söhbət apararaq, dövlət dəstəyinin mahiyyətini onlara izah etmişik. İşçilərdə əminlik yaratmışıq ki, heç bir işçi iş yerini itirməyəcək.

Nazirlər Kabinetinin müəyyənləşdirdiyi Tədbirlər Planı ölkədə biznesin davam etməsi və gələcək inkişafı üçün etibarlı stimul yaradır. Həmişəki kimi, bu çətin günlərdə də vətəndaşların yanında olan, iş adamlarının qayğılarını nəzərə alan dövlətimizə və dövlətimizin başçısına arxalanırıq”.

Adil Quliyev, “Masal-944” MMC-nin direktoru: “Dövlət tərəfindən həyata keçirilən proqramlar pandemiyadan zərər çəkmiş sahələrdə çalışan minlərlə muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün böyük maliyyə dəstəyi təmin edir.

Ölkədə xüsusi karantin rejimi elan olunduğuna görə rəhbəri olduğum müəssisənin və orada çalışan işçilərin karantin rejiminə uyğun olaraq fəaliyyəti tam dayandırılıb. Buna baxmayaraq, ölkə rəhbərinin çağırışına qoşularaq işçilərimizin iş yerlərini və aylıq əməkhaqqını tam saxlamışıq.

Müəssisəmiz, əsasən ofis ləvazimatlarının, məktəb və uşaq baxçası üçün mebel və avadanlıqların satışı ilə məşğul olur. Bu fəaliyyət növü də koronavirus pandemiyasından zərər çəkmiş sahəyə aid olduğu üçün işçilərə əməkhaqqının ödənilməsinə görə dövlət tərəfindən bizə maliyyə yardımı göstərilib və işçilərin əməkhaqqı tam ödənilib.

Buna görə dövlət başçısına bir sahibkar kimi öz adımdan, işçilərimiz və onların ailə üzvləri adından minnətdarlığımı bildirirəm.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email