fbpx

Təsisçi və direktor eyni adam olduqda yazılı müqavilə bağlanmalıdır?

posted in: Xəbər | 1

təsisçi, direktor, boşalan iş yeri, gömrük məcəlləsi, gomruk mecellesi,işsizlərin qeydiyyata alınması Baş mühasiblər Baş mühasib emek muqavilesi əməkSual: Müəssisənin təsisçisi eyni zamanda müəssisənin direktorudur. Bu halda direktor ilə əmək müqaviləsi bağlanmalıdırmı? (təsisçi, müqavilə)

Cavab: Bildiririk ki, cəmiyyətin rəhbər və təsisçisinə ayrı-ayrı şəxslər kimi baxıldığından hüquqi şəxsin təsisçisinin eyni zamanda həmin hüquqi şəxsin rəhbəri olmasından asılı olmayaraq rəhbər və digər işçilərlə əmək müqaviləsi bağlanarkən işəgötürən qismində həmin hüquqi şəxs çıxış edir.

Hüquqi şəxsin təsisçilərinin təsis müqaviləsində və ya iştirakçılarının ümumi yığıncağının qərarında hüquqi şəxsin adından onun rəhbəri ilə əmək müqaviləsi bağlamaq və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti təsisçilərdən birinə həvalə oluna bilər. Bu baxımdan hüquqi şəxslə onun rəhbəri arasında əmək münasibətləri əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Hüquqi şəxslə onun digər işçiləri arasında bağlanmış əmək müqavilələri üzrə bildirişlər hüquqi şəxsin rəhbəri tərəfindən elektron informasiya sisteminə daxil edilir.

Əlavə olaraq bildiririk ki, “Elektron imza olmadan Mobil nömrə və FİN kodla Yerli İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətlərin onlayn dövlət qeydiyyatı” prosesi zamanı istifadəçi işçilərlə bağladığı əmək müqavilələrinin məlumatlarını, ən azı bir müqavilə-təmsilçinin (rəhbərin) müqaviləsini sistemə daxil etməlidir. Bu halda MMC ilə işçilər arasında bağlanmış əmək müqavilələrinin məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə birbaşa ötürüldüyü üçün, əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab olunur. İşçilərlə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Mənbə: taxes.gov.az


Bax:


Print Friendly, PDF & Email

  1. Yaşar İbişov
    |

    Salam

    Zəhmət olmasa cavabı tam dolğun yazın ki, sadə insanlar da başa düşsün…

    Təsisçi və Direktor eyni adam olduqda yazılı müqavilə bağlanmalıdır yoxsa yox?
    Cavab ya Bəli ya da Xeyir olmalıdır…
    Bu cavabdan sonra hər bir doğru cavab üçün əlavə normal ətraflı izah qeyd olunmalıdır…..

    Hörmətlə ;

error: Content is protected !!
kargüzarlıq,kurs, muhasibat, Mühasibat kargüzarlığı kursları